Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazirlər Kabinetindən maaşlarla bağlı məntiqə sığmayan qərar

18.02.2021 17:36 1 512
Nazirlər Kabinetindən maaşlarla bağlı məntiqə sığmayan qərar

Baş Nazir Əli Əsədov “Kənd təsərrüfatı müəssisələrində işçilərin əmək haqqının normativlərinə dair Tövsiyələr barədə” qərara dəyişiklik edib. Yəni işçinin razılığı ilə əmək haqqının 20 faizə qədəri mütənasib dəyərli natura formasında müəssisədə istehsal edilən istehlak malları ilə, məişətdə işlədilən gündəlik tələbat malları ilə əvəz edilib verilə bilər.

Daha dəqiqi, kimsə soğan istehsalı ilə məşğul olan bir müəssisədə çalışırsa və ayda 500 manat maaş alırsa, hər ay maaşın 20 faizinin əvəzinə 100 manatlıq soğan verilir. Yaxud da 100 manatlıq kartof, alma, çuğundur, yerkökü və s. ola bilər. İşçi 100 manatlıq soğanı nə edəcək? Tutaq ki, satdı. Lakin elə məhsullar var ki, onlara təlabat o qədər də çox deyil. O məhsullar işçinin əlində qalmayacaqmı? Nazirin əmrində “işçinin razılığı ilə” sözləri qeyd olunsa da, Azərbaycan reallığında işçinin fikri işə götürən tərəfindən soruşulacaqmı?
Onsuz da işçi maaşını aldığı zaman əlində olan vəsaitlə ona lazım olan qədər gündəlik tələbat mallarını ala bilər. Bu qərarın imzalanması nəyə lazım idi?
Natiq Cəfərli Natiq Cəfərli
İqtisadçı Natiq Cəfərli Bizimyol.info-ya müsahibəsi zamanı bildirib ki, bu qərar ümumiyyətlə, məntiqə ziddir: “İşçi əgər həmin məhsuldan istəyirsə, əlində olan vəsaitlə gedib ala bilər. Niyə işə götürən buna qərar verməlidir?
İşə götürənin qərar vermə mexanizmi yaradılanda onların işçilər üzərində olan basqısını nəzərə alaraq  qaydalarda könüllülük prinsipinin əsas olmasına baxmayaraq, bəzən məcburu hal ala bilər. İşçiləri məcbur edə bilərlər ki, maaşlarının 20 faizini həmin müsəssisənin məhsulları ilə götürsünlər. Əgər həmin məhsullara ehtiyac varsa, zatən hər bir müəssisənin özünün firma dükanları var və işçilər üçün bazarda olan qiymətdən daha ucuz mal satırlar. Demək olar ki, bütün müəssisələrdə bu firma dükanlar fəaliyyət göstərir. İşçi maaşını alandan sonra ona lazım olan qədər öz istehsal etdikləri məhsuldan ala bilər. Bunun üçün ayrıca bir qaydanın olması məntiqə uyğun deyil.
Çox təssüf ki, bu məsələdə işə götürənlər tərəfindən sui-istidafəyə yol veriləcək. Kənd təsərrüfatı məhsulları zamana bağlı məhsullardır”.
Natiq Cəfərli onu da vurğulayıb ki, bəzi müəssisələrdə satış problemləri yaşasalar, o zaman qalmış malı məcburi qaydada maaşların 20 faizi miqdarında işçilərə verə bilərlər.
“Bu qaydanın nə üçün tədbiq olunduğunu Nazilər Kabineti özü izah etməli idi. Hətta tövsiyə xarakterli, məcburiyyət olmaması haqqında müddəa, vətəndaşın, işçinin razılığı maddəsi olsa belə, Azərbaycan reallığında çox təəssüf ki, işə götürənlər tərəfindən məcburi addımların atılmasını düşünmək mümkündür.  Bu qaydanın nə üçün tədbiq olunduğu müəmmalı məsələdir. Məntiqi izahını tapmaq çox çətindir”,- deyə bildirib.скачать dle 11.3
Mojo.az Banner