Mojo.az Banner
19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Qanunsuz ov edən şəxslər cəzalandırıldı

16.02.2021 16:14 1 101
Qanunsuz ov edən şəxslər cəzalandırıldı
Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 5-14 fevral 2021-ci il tarixlərində keçirilən növbəti nəzarət tədbirləri zamanı Sumqayıt şəhərinin Xəzər dənizi sahillərində, Xaçmaz, Neftçala və Astara rayonları ərazisindəki su hövzələrində və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Bunu Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.

“Araşdırma zamanı brakonyerlərin Sumqayıt şəhər sakini Cəlal Nəcəfov, Xaçmaz rayon sakini Elman Vəlimətov, Neftçala rayon sakinləri Fazil Baloğlanov, Vüqar Eyvazov, Rövşən Məmmədov, Mətləb Bağırov, Balakən rayon sakini Nizami Gəncəyev, Zaqatala rayon sakini Adil Ağayev, Astara rayon sakini Kamran Əsədullayev və Mingəçevir şəhər sakini Emin Mustafayev olduğu müəyyənləşib. Faktlarla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb”.

B.Məhəmmədov qeyd edib ki, qanunsuz balıq ovu ilə yanaşı, icazə verilməyən ərazilərdə quş ovu ilə məşğul olan Naxçıvan şəhər sakini Hüseyn Salayev, Yevlax rayon sakini İlqar Məmmədov, Abşeron rayon sakini Ərşad Əliyev, Sumqayıt şəhər sakini Zaur Şirinov saxlanılıb və barələrində protokol tərtib edilərək cərimələniblər.

“Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdiyi birgə nəzarət tədbirləri zamanı isə Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan Sabirabad rayon sakini Oktay Əliyev saxlanılıb. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından hazırda Su Nəqliyyatında Polis İdarəsi tərəfindən təhqiqat aparılır”.скачать dle 11.3
Mojo.az Banner