Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb | 12:01 Əlillik almayan hərbçilərin sosial təminatı genişləndirilməlidir – Açıqlama | 11:52 Bakıda kütləvi dava: Üç nəfər bıçaqlandı | 11:41 Abşeronda 89 yaşlı qadın zəhərlənib öldü | 11:37 Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa | 11:28 Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar | 11:16 Bakıda qadın sürücü qəza törətdi, ölən var | 11:11 Alyona Əliyeva COP31-dən paylaşım edib - Foto | 11:08 MİDA 1049 mənzili satışa çıxarır — qiymətlər 43 min 225 manatdan başlayır | 11:03 Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi | 23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı |
Mojo.az Avto
Mojo.az Avto

ABŞ-ın Türkiyədəki səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb

15.02.2021 21:23 951
ABŞ-ın Türkiyədəki səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb
ABŞ-ın Türkiyədəki səfiri Devid Satterfild ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

"Haber Global" xəbər verir ki, bu barədə nazirlikdən yayılan məlumatda bildirilib.

“ABŞ-ın Türkiyə Cümhuriyyətindəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və Dövlət Departamentinin PKK-nın törətdiyi qətliama münasibətdə verdiyi açıqlamasında əksini tapan fikirlərə qarşı etiraz sərt şəkildə onun nəzərinə çatdırılıb”,-deyə nazirlikdən verilən məlumatda qeyd olunub.

Xatırladaq ki, fevralın 14-də PKK terrorçuları İraqın Qara bölgəsində 13 nəfər Türkiyə vətəndaşını qətlə yetiriblər. Hadisəyə münasibətdə ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada Türkiyənin müvafiq qurumlarının məlumatları şübhə altına alınıb. Açıqlamada “əgər türkiyəli mülki şəxslərin qətlinin PKK terror təşkilatı tərəfindən həyata keçirildiyi xəbərləri öz təsdiqini taparsa, bunu ən sərt şəkildə pisləyəcəyik”, - ifadələri yer alıb.

Son xəbərlər