Mojo.az Banner
23:01 Gəncədə Nizami məqbərəsində körpüdən yıxılan qadının vəziyyəti açıqlanıb  |     22:56 Ağ Ev: ABŞ İranla sülhə üstünlük verir  |     22:48 Pişiklər niyə həmişə ayaqları üstə düşür?  |     22:43 Putin Rusiyadan qızıl külçələrin ixracını qadağan etdi  |     22:37 Tikinti şirkəti vətəndaşın evini təhvil vermir? - Video  |     22:32 Azərbaycan Almaniya iqtisadiyyatına nə qədə investisiya qoyub?  |     22:26 Şəhid qardaşların atası vəfat etdi  |     22:21 Antarktida altında gizli dünya sahil şəhərlərini su altında qoya bilər  |     22:13 Küçəni zəbt edən nömrəsiz maşınların sahibləri cərimələndilər - Video  |     22:06 İran daha bir boğazı bağlamaqla hədələyir  |     22:01 KİV: Tramp hər gün İrana zərbələrə dair videolara baxır  |     21:23 Zərdabdakı qəzada ölənlərin sayı 3-ə çatdı  |     21:23 Dayının bacısı oğluna qarşı iyrənc cinayəti...  |     21:18 Qalmaqallı prokuror işdən çıxarıldı  |     21:11 Rafael Nadal doktorluq dərəcəsi alıb  |     21:00 İranın tanınmış kəşfiyyatçısı öldürüldü  |     20:54 Xaçmazda meşədə gənc oğlan meyiti TAPILDI  |     20:46 Mirzoyan: "Ermənistanın məqsədi Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıq sistemi formalaşdırmaqdır"  |     20:41 Nərgiz İsmayılova Çempionlar Liqasına təyinat aldı  |     20:30 Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”  |    
Left Banner
Right Banner

ÜST-dən gözlənilməz açıqlama: “2019-cu ilin oktyabrında Çində koronavirusun 13 növü olub”

15.02.2021 17:36 846
ÜST-dən gözlənilməz açıqlama: “2019-cu ilin oktyabrında Çində koronavirusun 13 növü olub”
Çinin Uhan şəhərində ilk dəfə pandemiyanın qeydə alındığı 2019-cu il tarixinə qədər azı min nəfər koronavirusun 13 fərqli növünə yoluxub.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) beynəlxalq ekspert qrupunun rəhbəri Peter Ben Embarek CNN-in efirində deyib.

Onun sözlərinə görə, Çin təşkilatın mütəxəssislərinə 2019-cu ilin dekabrında Uhan şəhərində qeydə alınan cəmi 174 infeksiya hadisəsi barədə məlumat verib. Embarek inanır ki, əslində həmin dövrdə onların sayı mindən çox olub. Çünki yalnız xəstəliyi ağır olanlar kömək üçün müraciət ediblər.

“Hələ hesablamalar aparmamışıq. Təxminlərə əsasən deyə bilərik ki, ümumilikdə yoluxmuşların yalnız 15%-i xəstəliyin ağır formasından əziyyət çəkib və insanların böyük əksəriyyəti bu xəstəliyi yüngül keçirib”, - deyə ÜST nümayəndəsi bildirib.

O, Virusun 2019-cu ilin dekabrında Uhan şəhərində geniş yayıldığına əmindir. Embarek bildirib ki, Uhan nümunələrindəki virusu araşdırdıqdan sonra, 2019-cu ilin dekabr ayına qədər şəhərdə azı 13 fərqli koronavirus mutasiyasının olduğunu aşkarlayıblar.

Mütəxəssis qeyd edib ki, onlardan bəziləri həqiqətən yerli bazarlardan yayılmağa başlayıb, bəzilərinin isə onlarla heç bir əlaqəsi yoxdur.скачать dle 11.3
Mojo.az Banner