Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Koronavirus Çində yayılmayıbmış - ŞOK

29.03.2021 22:38 1 017
Koronavirus Çində yayılmayıbmış - ŞOK
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri tərəfindən hazırlanan hesabatda yeni koronavirusun yayılma mənbəyinin Çindən xaricdə olması istisna edilmir.

“Report” zəbər verir ki, “The Wall Street Journal” nəşrinin jurnalistləri yanvar-fevral aylarında Çində koronavirusun mənşəyinin yayılma şərtlərini aydınlaşdırmaqla məşğul olan mütəxəssislər tərəfindən hazırlanmış hesabatla tanış olublar.

Materialda qeyd edilir ki, mütəxəssislər virusun harda və necə yayılmağa başlaması barədə suala qəti cavab vermirlər.

“Məruzədə virusun Çindən xaricdə yaranması və sonra ölkəyə bu ölkədə yayılması ehtimalı irəli sürülür. Bu fərziyyə Çin səlahiyyətliləri tərəfindən irəli sürülüb, ABŞ və digər Qərb dövlətlərinin hökumətləri buna qarşı çıxıblar”, - deyə materialda bildirilir.

Sənəddə qeyd edilir ki, ÜST-ün ekspertləri həmçinin "Çində xəstəxanaların məlumatlarını və 2019-cu ilin dekabrına qədər alınmış qan nümunələrini daha çox diqqətlə öyrənməyi” məsləhət görürlər. Bundan başqa, mütəxəssislər hesab edirlər ki, Çinin heyvanları bəsləmə fermalarında yoxlamalar aparmaq lazımdır. Güman edilir ki, bu, virusun insana harada ötürüldüyünü aydınlaşdırmağa kömək edə bilər.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.скачать dle 11.3
Mojo.az Banner