Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazir müavini: “Şamaxı, Göygöl, Ağstafada istismar edilən radiolokatorlar köhnəlib”

13.02.2021 19:15 1 941
Nazir müavini: “Şamaxı, Göygöl, Ağstafada istismar edilən radiolokatorlar köhnəlib”
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin modernləşdirilməsi üzrə mühüm proqramın realizə edilməsi çərçivəsində Şamaxı və Göygöldə radarların o cümlədən Bakı şəhərində radar məlumatlarının toplanması, emalı və əks olunması üzrə mərkəzi sistemin istismara verilməsi ilə bağlı bütün işlər bu ilin mart ayının ortalarına qədər başa çatdırılacaq.

Bu barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyev AZƏRTAC-a müsahibəsində deyib.

O bildirib ki, Milli Hidrometeorologiya Xidmətinin modernləşdirilməsi prosesi dövlət investisiya layihələri çərçivəsində aparılır:

“Dövlət investisiya layihələri çərçivəsində bu proqramın ilkin mərhələsində yaradılmaqda olan inteqrə edilmiş milli erkən xəbərdarlıq sisteminin aparıcı bəndini təşkil edən iki yeni dopler meteoradar alınıb. Belə kompleks yanaşma Azərbaycanın iqtisadiyyatının havadan asılı sektorlarının və əhalisinin tələblərinə daha dəqiq cavab vermək imkanını təmin edəcək.

Hidrometeoroloji müşahidə şəbəkəsində 40 ildən artıq bir dövrdə Şamaxı, Göygöl, Ağstafa və Şəkidə istismar edilən MRL-5 tipli meteorololoji radiolokatorlar mənəvi və fiziki cəhətdən köhnəlib, bugünkü gün üçün onların texniki resursları tam tükənib. Qeyd etmək lazımdır ki, 1980-ci illərdə Qarabağ ərazisində - Füzuli, Zəngilan, Ağdərə və Xankəndində də MRL-5 tipli radiolokatorlar fəaliyyət göstərirdi.

MRL-5-lərin mənəvi cəhətdən köhnəlməsi, onların kütləvi istehsalolunma müddətindən (keçən əsrin 70-ci illərinin sonları) keçən zaman ərzində radiometeoroloji texnologiyaların çox irəli getməsi ilə izah olunur. Qütbləşdirilmiş emal metodlarının tətbiq edilməsi əldə olunan məlumatların siyahısını əhəmiyyətli dərəcədə artırır ki, bu da meteoroloji obyektlərin dinamik xüsusiyyətləri ilə bərabər, həm də mikrofiziki strukturunun xüsusiyyətlərini qiymətləndirməyə imkan verir. Müasir dopler meteoradarları təhlükəli hava hadisələri barədə operativ radiometeoroloji məlumatların alınması üçün nəzərdə tutulub”.

Radarların istismara verilməsi üzrə işlərin nə zaman başa çatacağı ilə bağlı sualı isə nazir müavini belə cavablandırıb:

“Şamaxı və Göygöldə radarların, o cümlədən Bakı şəhərində radar məlumatlarının toplanması, emalı və əks olunması üzrə mərkəzi sistemin istismara verilməsi ilə bağlı bütün işlər bu ilin mart ayının ortalarına qədər başa çatdırılacaq. Hazırda bütün radarlar quraşdırılmış və indiki dövrdə əsas məsələ Bakı şəhərində radar məlumatlarının toplanması, emalı və əks olunması üzrə mərkəzi sistemin işə salınmasıdır”.скачать dle 11.3
Mojo.az Banner