Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakıda mənzildən meyit tapılıb

12.02.2021 20:42 1 353
Bakıda mənzildən meyit tapılıb
Bu barədə "Ölkə.Az"a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1967-ci il təvəllüdlü Bakıxanov Fərrux Aqşin oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Araşdırma aparılır.

Son xəbərlər