Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Edvgerial.az” portalında qeydiyyatdan keçənlərin sayı açıqlandı

12.02.2021 16:35 1 020
“Edvgerial.az” portalında qeydiyyatdan keçənlərin sayı açıqlandı
“Ötən il ƏDV-nin bir hissəsinin geri qaytarılması layihəsi çərçivəsində vətəndaşlara 33,4 milyon manat vəsait qaytarılıb”.

Bunu Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı Orxan Nəzərli “Postpandemiya dövründə vergi sistemi” ilə bağlı keçirilən konfransda deyib.

O bildirib ki, ötən ildən ölkəmizdə pərakəndə ticarətdə və ictimai iaşə obyektlərində onlayn kassaların istifadəsinə başlanılıb. Hazırda isə ticarət və ictimai iaşə obyektlərində 23 mindən çox yeni nəsil elektron kassa aparatı quraşdırılıb:

“2022-ci ilin sonuna ölkədə olan bütün kassaların yeni nəsil kassalarla əvəz edilməsi nəzərdə tutulub. Bu kassaların tətbiqi nəticəsində pərakəndə ticarət və xidmət sektorunda istənilən ödənişin real vaxt rejimində elektron sistemdə əksini tapması, pozuntulara yol verilməsinin, dövriyyənin gizlədilməsinin qarşısını alır”.

Orxan Nəzərli əlavə edib ki, “edvgerial.az” portalında 900 mindən yuxarı istifadəçi qeydə alınıb. O qeyd edib ki, yeni nəsil kassaların tətbiqi də öz effektiv nəticələrini verib:

“Pərakəndə ticarət şəbəkəsində yeni nəsil onlayn kassa aparatlarının quraşdırılması ticarət dövriyyələrinin şəffaflaşdırılmasına müsbət təsir edib. 2020-ci ilin birinci rübündə marketlərdə onlayn kassa çekləri üzrə pərakəndə ticarət dövriyyəsinin orta aylıq həcmi 162 milyon manat təşkil edirdisə, bu göstərici ikinci rübdə 192 milyon, üçüncü rübdə 209 milyon, dördüncü rübdə isə 222 milyon manat təşkil edib”.скачать dle 11.3
Mojo.az Banner