Mojo.az Banner
18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |    
Mojo.az Avto
Mojo.az Avto

Satışa çıxarılan milyonluq mülklər kimlərə məxsusdur...

11.02.2021 21:31 1 044
Satışa çıxarılan milyonluq mülklər kimlərə məxsusdur...
Prezidentin məmurlarla bağlı çıxışından, islahatlarından və sosial şəbəkələrdə bununla bağlı müzakirələrdən sonra dəbdəbəli, milyonluq əmlaklar satışa çıxarılmağa başlayıb. Əmlak satışını monitorinq edən ekspertlər bildirib ki, son 10 gündə dəbdəbəli malikanələrlə yanaşı, şəhərin mərkəzi hissələrində lüks mənzillərin, biznes obyektlərinin və torpaq sahələrinin satışa çıxarılması sürətlə artıb.

Milyonluq mülklərin birdən-birə satışa çıxarılması məmurların öz əməlləri ört-basdır etməsi üçün bir çıxış yoludurmu? Pandemiya dönəmində və müharibədən çıxmış bir ölkədə bu mülklər üçün alıcı qüvvəsi varmı?

Qaynarinfo xəbər verir ki, Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, burada müəyyən görüntü xarakterli addımlar da var. Onuz sözlərinə görə, bu məsələ vəziyyətdən çıxış yolu olmayacaq.

"Bu zaman-zaman baş vermiş məsələdir. İndi də oxşar məsələ biraz başqa formatda davam etməkdədir. Hesab etmirəm ki, məmurların əksəriyyəti öz əmlaklarını, villalarını çox qısa müddətdə satmaq və ondan əlini üzmək niyyətindədir. Burada təbbi ki, müəyyən görüntü xarakterli addımlar da var. Adətən bizim fəaliyyət sahəmiz elədir ki, bu cür məsələləri daha tez müşahidə edirik. Hər hansısa bir məmur ya öz əmlakını dərhal satışa qoyur, ya qiymətləndirməyə çıxardır və yaxud da kənardan böyük məbləğdə kredit resursu cəlb etmək istəyir və s. İndiki mərhələdə də buna oxşar proses gedir, amma təəssüflər olsun ki, əvvəlki dönəm keçdi artıq. Bazarda o cür milyonluq, bahalı mülklərin alıcıları çox azdır. Əvvəl deyək ki, bu cür məmur şəbəkələri həddindən artıq çox idi. Birinin satdığını digər məmur dərhal ucuz qiymətə alırdı. İndi vəziyyət dəyişib və alıcı tapmaq da problemdir. Buna görə də, hesab etmirəm ki, bu çıxış yoludur”.

Düşünürəm ki, bu məsələ ciddi şəkildə araşdırılmalıdır. Bəzi məmurlarla bağlı dövlətin müəyyən istiqamətlərdə şüpələri var və məbtuatda müxtəlif istiqamətlərdə informasiyalar da var ki, həmin məmurlar dövlət əmlakını küllü miqdarda mənimsəyib. Hesab edirəm ki, bu cür satışlar o məsələlərin tam şəkildə araşdırılması üçün bir siqnal ola bilər. Bu məsələ vəziyyətdən çıxış yolu olmayacaq. Bu dəfə fərqli bir vəziyyətdir”,- deyə bildiribскачать dle 11.3
Mojo.az Banner