Mojo.az Banner
15:36 Məktəblərdə hicaba icazə veriləcək? — AÇIQLAMA  |     15:11 Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı  |     15:09 Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR  |     13:46 Ucuzluq bizi aldadır? – Endirimlərin görünməyən tərəfi  |     13:36 "Roşka"ya cəza istənildi  |     13:19 Suda boğulanlarla bağlı SON STATİSTİKA - Neçə nəfərin cəsədi tapılıb?  |     12:59 Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı  |     12:51 Hakerlər Pentaqonun üç milyon əməkdaşının məlumatlarını ƏLƏ KEÇİRİB  |     12:28 Növbəti dövrdə manatın məzənnəsi necə olacaq?  |     12:23 Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü  |     12:09 Yeyib-içəndən sonra dostlarını döyüb öldürdülər  |     12:06 Əmlak bazarında qiymətlər yenidən artacaq - PROQNOZ - VİDEO  |     12:02 Olimpiya çempionunun 1,1 milyon manatlıq helikopterini OĞURLADILAR  |     11:57 Azərbaycanda məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT  |     11:47 Kredit götürənlərin sayı artır: Qiymətlər də bahalaşacaq?  |     11:38 Azərbaycan nefti ucuzlaşdı  |     11:32 Bakıda DƏHŞƏT: Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi  |     11:31 Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?  |     11:17 Aşpaz işləyən qazi faciəli şəkildə öldü  |     23:01 Bəzi ərazilərdə su olmayacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Bişkekdə erməni saxtakarlığını ifşa edən kitab nəşr edildi

11.02.2021 12:04 1 035
Bişkekdə erməni saxtakarlığını ifşa edən kitab nəşr edildi
Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə “Böyük dövlətlərin Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq oyunları” adlı kitab rus dilində çap edilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, müəllifləri akademik Yaqub Mahmudov və dosent Güntəkin Nəcəfli olan kitabda erməni tarixçiləri və onların havadarlarının uydurduqları saxta erməni tarixi faktlarla ifşa edilib, çar Rusiyasının XVIII əsrdə Azərbaycan ərazisində erməni dövləti yaratmaq siyasəti tədqiq edilib.

XIX əsrin əvvəllərində I Pyotrun erməniləri Cənubi Qafqaza - Şimali Azərbaycan torpaqlarına köçürmək siyasətini həyata keçirməyə başladığı, Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən Qacarlar İranından və Osmanlı imperiyasından ermənilərin kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına köçürüldüyü, bu proses zamanı çar məmurlarının və ermənilərin xalqımıza qarşı soyqırımı və etnik təmizləmələr törətdikləri nəzərə çatdırılıb.
Kitaba çar Rusiyasının arxiv sənədləri, imperatorun göstərişləri, erməni saxtakarlığını ifşa edən tarixi materiallar da daxil edilib.скачать dle 11.3
Mojo.az Banner