Mojo.az Banner
15:32 Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilir  |     15:30 Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto  |     15:28 Azərbaycanda pensiya ödənişləri 10 faiz artıb  |     15:24 Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto  |     13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ötən il Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan istifadə edilən vəsaitin həcmi açıqlanıb

10.02.2021 19:14 762
Ötən il Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan istifadə edilən vəsaitin həcmi açıqlanıb
Hesabat ilində əvvəlcədən büdcədə nəzərdə tutulmayan bir sıra dövlət əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 436,2 milyon manat vəsait yönəldilib.

Bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair hesabatda məlumat verilib.

Bu vəsaitin 233,1 milyon manatı təhsil, səhiyyə, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına, 142,9 milyon manatı ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya, kənd təsərrüfatı infrastrukturlarının tikintisi və yenidən qurulmasına, 60,2 milyon manatı isə hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə və digər zəruri ehtiyacların maliyyələşdirilməsinə yönəldilib.

2020-ci il dövlət büdcəsinin icrası prosesində ölkənin sosial-iqtisadi həyatı üçün vacib olan bir sıra layihələrin və tədbirlərin həyata keçirilməsi məqsədi ilə 2020-ci il dövlət büdcəsində birdəfəlik təyinatlı xərclər üzrə qənaət olunmuş vəsait və dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilmiş vəsait də nəzərə alınmaqla, dövlət büdcəsinin Ehtiyat Fondundan 631,7 milyon manat vəsait istifadə olunub.

Bu vəsaitin 384,3 milyon manatı koronavirus (COVID-19) pandemiyasının qarşısının alınmasına, 139,6 milyon manatı xüsusi müdafiə təyinatlı layihələrin maliyyələşdirilməsinə, 31,2 milyon manatı bir sıra sosial, 53,2 milyon manatı nəqliyyat, enerji, kənd təsərrüfatı, su təchizatı və s. təyinatlı infrastruktur layihələrinin, 23,4 milyon manatı isə digər zəruri tədbirlərin maliyyələşdirilməsinə yönəldilib.скачать dle 11.3
Mojo.az Banner