“Cəbrayılda qəbirlərin dağıdılması mənzərəsini görmək çox dəhşətli idi”.
Bunu jurnalistlərə açıqlamasında Əfqanıstanın Azərbaycandakı səfiri Əmənullah Ceyhun bildirib.
O söyləyib ki, Cəbrayılda məzarlığın məhv edildiyini görəndə emosiyalarına hakim ola bilməyib.
“Mən orada ağladım. Gedib qəbirləri qazıb cəsədləri çıxarıblar”, - deyə o əlavə edib.
Səfirin sözlərinə görə, Ermənistanın törətdikləri insanlığa sığmır.