“Cəbrayılda dağıdılmış mənzərələri görmək çox ağrılıdır”.
Bunu jurnalistlərə açıqlamasında Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç deyib.
O bildirib ki, Cəbrayılda gördüyü səhnələr ona doğma ölkəsini xatırladır.
“Cəbrayılda qəbiristanlığın tamamilə dağıdılmasını görmək çox ağrılıdır. Bu kimi mənzərələr onu göstərir ki, belə münaqişələr olmamalıdır”, - deyə səfir qeyd edib.