Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Su bahalaşandan sonra hesablanma belə aparılacaq - QAYDALAR

05.02.2021 23:38 936
Su bahalaşandan sonra hesablanma belə aparılacaq - QAYDALAR
Azərbaycan Respublikası Tarif Şurasının qərarına əsasən 01 fevral 2021-ci il tarixindən içməli su və tullantı su xidmətlərindən istifadəyə görə hesabatlar yeni tariflərlə aparılır.

"Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Sfera.az-a verilən məlumata görə, yeni tariflərin tətbiq olunması mexaniki sayğacların oxunması və hesablamaların aparılması məsələsini də gündəmə gətirib.

Abonentlərin diqqətinə çatdırılır ki, mexaniki su sayğaclarında sərfiyyatın müəyyən olunması üçün "Azərsu” ASC tərəfindən xüsusi proqram təminatı hazırlanıb.

Həmin proqram vasitəsilə sayğacların əvvəlki və son oxunmanın göstəriciləri əsasında orta günlük su sərfiyyatı hesablanır.

Buna müvafiq olaraq əvvəlki və yeni tariflərin qüvvədə olduğu günlərin sayına uyğun hesablamalar aparılır. Bütün hesablamalar xüsusi proqram təminatı ilə, heç bir insan amili olmadan həyata keçirilir.

Bununla belə bəzi hallarda vətəndaşlar tərəfindən sayğacların yerində oxunması və dəqiq göstəricilərin əldə edilməsi ilə bağlı müraciətlər daxil olur. Xüsusilə mənzillərin daxilində və həyət evlərində quraşdırılmış mexaniki sayğacların oxunmasında müəyyən çətinliklər yaranır.

Abonentlərdən mənzillərdə və həyət evlərində quraşdırılmış mexaniki sayğacların oxunmasını təmin etmək üçün şərait yaratmaları xahiş olunur.

Abonentlərin diqqətinə çatdırılır ki, sayğacların oxunması sosial izolyasiya tədbirlərinin tələblərinə (tibbi maska taxmaq, sosial məsafə gözlənilməklə) əməl etməklə həyata keçiriləcək.

Abonentlər sayğacın faktiki göstəricilərini özləri də təqdim edə bilərlər. Bunun üçün "Azərsu” ASC tərəfindən alternativ imkanlar da yaradılıb.

Belə ki, abonentlər Elektron Su Portalı (e-su.az), azersu.az saytının elektron xidmətlər bölməsindən "Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması" xidmətini seçməklə, həmçinin "Facebook” və "Teleqram” sosial şəbəkələrindən istifadə etməklə sayğac göstəricilərini təqdim edə bilərlər.скачать dle 11.3
Mojo.az Banner