Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Çində “Nizami irsi” layihəsi həyata keçiriləcək

04.02.2021 16:40 885
Çində “Nizami irsi” layihəsi həyata keçiriləcək
Ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunması münasibətilə Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrası "Nizami irsi" layihəsinə başlayıb.

Bu barədə Diasporla İş Üzrə Dövlət komitəsi məlumat yayıb.

Məqsəd Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin irsini Çin ictimaiyyətinə daha yaxından tanıtmaq, ölkələrimizin ədəbi əlaqələrində Nizami irsinin rolunu araşdırmaqdır.

Kafedranın müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev bildirib ki, bir il ərzində həyata keçiriləcək tədbirlər çərçivəsində Nizami Gəncəvi irsi haqqında Çin dilində elmi və publisistik məqalələrin dərci, sərgi və elmi konfransın təşkili, şairin əsərlərinin, nizamişünaslığa aid elmi araşdırmaların Çin dilinə tərcüməsinin həyata keçirilməsi, Çində nizamişünaslığın yaranması və inkişafı məsələlərinin tədqiq edilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Çinin Təhsil Nazirliyinin müvafiq qərarına əsasən, 2018-2019-cu tədris ilindən etibarən Azərbaycan dili üzrə kadrların Pekin Xarici Dillər Universitetində hazırlanmasına başlanılıb. Azərbaycan tərəfinin təşəbbüsü və dəstəyi ilə ötən illər ərzində universitetdə Azərbaycan həqiqətlərini, dilimizin və mədəniyyətimizin təbliğini elmi yolla reallaşdıran layihələr həyata keçirilib. 2019-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə “Nəsimi ili” çərçivəsində Azərbaycan dili və ədəbiyyatı sərgisi də təşkil edilib.скачать dle 11.3
Mojo.az Banner