Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Nizami Gəncəvinin kitab maketləri Bakı küçələrində - FOTO

14.10.2021 23:47 930
Nizami Gəncəvinin kitab maketləri Bakı küçələrində - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, 2021-ci il Azərbaycanda "Nizami Gəncəvi İli" elan edilib.

Median.Az
Trend-ə istinadən xəbər verir ki, "Nizami Gəncəvi İli" çərçivəsində Azərbaycanda və dünyada bir sıra tədbirlərin icrası davam etdirilir. Bu tədbirlər çərçivəsində Bakının mərkəzi küçərlərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığını əks etdirən kitab maketləri quraşdırılıb. Maketlərdə yerli rəssamların Nizami əsərlərinin fraqmentləri əsasında çəkdikləri əl işləri əksini tapıb.

Qeyd edək ki, oktyabrın 6-10-da dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilib.

Beş gün davam edən sərgidə 12 ölkədən 43 xarici təşkilat, 121 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edib. Sərgidə uşaqlar üçün Nizami Gəncəvi əsərlərinin motivləri əsasında kukla tamaşaları, "uşaq aləmi", nağıl saatları, uşaq yazarları ilə görüşlər, uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları və musiqi proqramları təşkil edilib. Yazıçılarla görüşlər, imza günləri və kitab təqdimatları keçirilib.

Hazırda həm ölkədə, həm də ölkə xaricində silsilə tədbirlərin təşkili davam etdirilir, Nizami Gəncəvinin əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunaraq, yenidən nəşr edilir.

скачать dle 11.3
Mojo.az Banner