Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazir müavini Azad Rəhimovun səhhətindən danışdı

02.02.2021 14:51 1 005
Nazir müavini Azad Rəhimovun səhhətindən danışdı
“Daim Azad müəllimlə əlaqə saxlayırıq. Onun səhhəti normaldır, sabitdir”.

Bunu Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov deyib.

Ötən həftə mətbuatda Gənclər və İdman naziri Azad Rəhimovun xəstələndiyi və ABŞ-da müalicə aldığı barədə xəbərlər yayıldı. Məsələ ilə bağlı danışarkən İ.İsmayılov bunları bildirib:

“Onun sağlıq durumu yaxşıdır. Tədbirlərin keçirilməsi ilə bağlı müəyyən razılaşmalar onunla edilir. Elə dövrdəyik ki, istənilən adamla əlaqə saxlamaq üçün imkanlar genişdir. Onun razılığı alındıqdan sonra həmin tədbirlərin icrası ilə bağlı işlər görülür.

Şükür Allaha, indi istər onun müavini kimi mən, istərsə də digər müavin İntiqam Babayev işimizin başındayıq. Onun yoxluğunu hiss etdirmirik.

Bəzən görürsən ki, mətbuatda bir insanın xəstə olması barədə elə şeylər yazırlar ki. Fikirləşirsən ki, bu, bizim millətdəndir?! Necə bir insanın xəstələnməsinə belə reaksiya vermək olar? Hər bir insan xəstələnə bilər. İnsanın şəxsi işinə qarışmaq etik cəhətdən düzgün deyil”.скачать dle 11.3
Mojo.az Banner