Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

AQTA-dan quş qripi ilə bağlı XƏBƏRDARLIQ

01.02.2021 22:03 939
AQTA-dan quş qripi ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) quş əti və digər quşçuluq məhsullarının satışı ilə məşğul olan sahibkarları Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən dünyanın müxtəlif ölkələrində müəyyən olunmuş quş qripi xəstəliyi ilə bağlı məsələlərdə daha diqqətli olmağa və məsuliyyətlə yanaşmağa, mövcud qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırır.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, quş əti və quşçuluq məhsullarının satışı ilə məşğul olan ticarət şəbəkələri quşçuluq məhsulları qəbul edərkən Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilən baytarlıq şəhadətnaməsi və ya arayış tələb etməlidirlər. Müvafiq sənəd olmadan qəbul edilən məhsul mənşəyi bilinməyən və dövlət baytarlıq nəzarətindən keçməyən məhsul hesab olunur və özündə risk daşıyır. Belə hallar aşkarlanarsa, ticarət müəssisəsinin rəhbərliyi inzibati məsuliyyət daşıyır və bu kimi halların qarşısı qətiyyətlə alınacaqdır.

AQTA bəyan edir ki, əhalinin sağlam qida məhsulları ilə təmin olunması üçün daxili bazarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətli və təhlükəsiz məhsulların satışı əsas amillərdən biridir və bu istiqamətdə nəzarət tədbirləri mütəmadi olaraq davam etdiriləcəkdir.скачать dle 11.3
Mojo.az Banner