Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Həkim-infeksionist: Vaksinasiya sayəsində COVID-19 statistikası azalmağa başlayıb

01.02.2021 20:34 1 179
Həkim-infeksionist: Vaksinasiya sayəsində COVID-19 statistikası azalmağa başlayıb
Artıq bir ilə yaxındır ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də ölümcül COVID-19 pandemiyasına qarşı mübarizə aparılır. Azərbaycanda peyvəndləmə kampaniyasına yanvarın 18-də start verilib və məhz bundan sonra yeni yoluxma hallarının sayı tədricən azalmağa başlayıb. Sonrakı proqnozlar da kifayət qədər nikbindir.

Bu barədə həkim-infeksionist İlahə Vəliyeva media.az-a danışıb.

“Mahiyyət etibarilə koronavirusa qarşı peyvənd virusun zəifləmiş və ya “ölü” formasının bədənə daxil olunmasıdır. Bunun nəticəsində virusu daha da yaxşı “tanıyacaq” anticisimlər əmələ gəlir.

Bu isə o deməkdir ki, immun sistemi koronavirusla yenidən görüşdükdə onu dərhal tanıyacaq və virusla daha fəal mübarizə aparacaq. Nəticədə insan ya heç xəstələnməyəcək, ya da xəstəliyi çox asan, ağırlaşma halları olmadan keçirəcək. Bu, COVID-19-dan ölüm səviyyəsinin azalmasına, statistik göstəricilərin yaxşılaşmasına və nəticədə pandemiyanın sona çatmasına səbəb olacaq”, - deyə həkim bildirib.

Onun sözlərinə görə, koronavirusa qarşı vaksinasiyanın könüllü olduğunu nəzərə alaraq, həkimlər heç kimi peyvənd vurdurmağa məcbur edə bilməz.

“Peyvəndin heç bir mənfi təsiri yoxdur. Ona görə də insanları daha məntiqli olmağa, medianı isə ictimaiyyəti maarifləndirməyə çağırıram ki, vətəndaşlarımız düzgün seçim edə bilsinlər.

Vaksinasiya yalnız uşaqlar və hamilə qadınlar üçün əks göstərişlidir. Digər hallarda koronavirusa qarşı peyvənd vurdurmağı mütləq hesab edirik. Çünki vaksinasiya yalnız virusun mövcud ştammı ilə deyil, həm də onun mutasiya olunmuş formaları ilə mübarizə aparmağa imkan verir.

Peyvənddən sonra koronavirusa yoluxa bilərik, ya yox? Bu fərdi xüsusiyyətlərdən və orqanizmin ümumi vəziyyətindən asılıdır. Adətən, virusa qarşı immunitet 6-12 ay arasında davam edir. Ancaq praktikamızda koronavirusa təkrarən yoluxan xəstələr var.

Bu səbəbdən də peyvəndlə yanaşı, bütün lazımi sanitar və gigiyenik qaydalara riayət edilməsi son dərəcə vacibdir. Bu hələ də aktualdır. Vaksin və karantin pandemiyanın mümkün qədər tez bitməsini təmin etmək məqsədini daşıyır. Ümid edirik ki, yaxın gələcəkdə bu baş verəcək”, - deyə İlahə Vəliyeva qeyd edib.скачать dle 11.3
Mojo.az Banner