Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

"Sədərək" Ticarət Mərkəzi bazarda baş verən ölüm hadisəsinə aydınlıq gətirdi

01.02.2021 19:26 885
Sədərək Ticarət Mərkəzi bazar ərazisində baş verən ölüm hadisəsinə münasibət bildirib.

Qurumun İdarə Heyətindən verilən məlumatda bildirilir ki, baş verən hadisənin ticarət mərkəzinə heç bir aidiyyəti yoxdur: "Ərazi olaraq hadisə "Sədərək" Ticarət Mərkəzinin sahəsində baş verib. Amma həmin ərazidəki dükan şəxsi sahibkara məxsusdur. Hadisənin baş verdiyi yük lifti isə qanunsuz quraşdırılıb. Sahibkar əgər öz mağazasında hansısa bir qaldırıcı qurğu, yük daşıyan vasitə quraşdırırsa, bunun üçün Fövqəaldə Hallar Nazirliyindən rəsmi icazə almalıdır. Sahibkar bu məqsədlə Fövqəladə Hallar Nazirliyinə müraciət edir, nazirliyin mütəxəssisləri əraziyə və qurğuya baxış keçirir, əgər qurğu standartlara cavab verirsə, həmin cihazın quraşdırılmasına icazə verilir.

Amma bu sahibkar həmin qurğunu kustar üsulla özü quraşdırdığı üçün heç bir aidiyyəti qurumdan icazə almayıb, qanunsuz hərəkətlərə yol verib. Nəticədə həmin qurğu ilə üçmərtəbəli mağazaya yük qaldırarkən tros qırılıb və bu da bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnib".

Mərkəzdən bildiriblər ki, hazırda faktla bağlı Qaradağ rayon prokurorluğunda cinayət işi başlanıb və günahkar şəxslərin müəyyənləşdirilməsi ilə bağlı istintaq aparılır. Xatırladaq ki, yanvarın 31-də saat 10 radələrində Qaradağ rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzində üçmərtəbəli mağazada tikinti materiallarını yuxarı qaldıran zaman liftin trosunun qırılaraq səbətin yerə çırpılması nəticəsində orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Elsəvər Əzizov müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1998-ci il təvəllüdlü Rafət Əşrəfov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.скачать dle 11.3
Mojo.az Banner