Mojo.az Banner
23:01 Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov  |     22:54 Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?  |     22:49 Dumanlı havada obyektlər daha uzaqdakı kimi görünür - Ekspert  |     22:41 Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir - Video  |     22:36 Bu ölkədə vətəndaş müharibəsi yenidən başlaya bilər - BMT-dən təcili çağırış  |     22:29 Pul verib ixtisas seçdirənlərə - Çağırış etdi  |     22:27 Bu 4 BÜRCÜ böyük dəyişiklik gözləyir  |     22:17 Sumqayıtda FACİƏ: gənc qız binadan düşüb ÖLDÜ  |     22:09 Güzdəkdə daş karxanasında FACİƏ: fəhlə öldü  |     22:04 Məleykə Abbaszadə pul verib ixtisas seçdirənlərə çağırış etdi  |     22:03 "Qarabağ"dan üç qollu qələbə  |     22:02 Türkiyədə istefada olan kontr-admiral həbs edildi  |     21:59 700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?  |     21:51 Xırdalanda 8 marşrutun hərəkət istiqaməti dəyişdi  |     21:30 Ali Məhkəmə Trampın müraciətini ikinci dəfə rədd etdi  |     21:17 Baş Prokurorluq Azərbaycana qarşı terror çağırışları edən üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib  |     21:16 Ağdaş sakinlərinin yol PROBLEMİ: Məktəblilər palçıqlı yollarda çətinlik çəkirlər - Video  |     21:13 Bakıda 28 yaşlı müəllimi elektrik cərəyanı vuraraq öldürüb  |     20:56 İlk elektrikli "Ferrari" rəsmi qiymətindən 62 dəfə baha satıldı  |     20:49 Karxanada ayağı qurğuda qalan kişi öldü  |    
Left Banner
Right Banner

“Sədərək” nəzarətə götürüldü

18.09.2020 18:53 2 913
“Sədərək” nəzarətə götürüldü
Bakıda pandemiya ilə əlaqədar fəaliyyəti dayandırılan “Sədərək” ticarət mərkəzi bazar ərazisində qanunsuz fəaliyyət göstərən sahibkarlarla bağlı xüsusi komissiya yaradıb.

Bu barədə Trend-ə açıqlamasında “Sədərək” ticarət mərkəzinin İdarə Heyətinin müşaviri Mikayıl Qədimov deyib.

Müşavir bildirib ki, hazırda ticarət mərkəzinin bütün giriş-çıxışları nəzarətə götürülüb:

“Bu barədə ticarət mərkəzinin rəhbərliyi xüsusi qərar qəbul edib. Bazar ərazisində olan bütün mağaza və digər obyektlərə nəzarət gücləndirilib. Komissiya üzvləri mütəmadi olaraq bazarın ticarət aparılan ərazilərinə cəlb edilib. Bazardakı bütün alış-veriş mağazaları yoxlanılır. Ticarət üçün açıq olan obyektlər dərhal qapadılacaq və sahibkar barədə ciddi ölçü götürüləcək. Hazırda ticarət mərkəzində yalnız ofislərin fəaliyyətinə icazə verilib”.

M.Qədimov bildirib ki, həmçinin bazarın alış-veriş mağazalarına elektrik enerjisinin verilişi də dayandırılıb:

“Bütün mağazalara elektrik enerjisinin verilişini dayandırmışıq. Hazırda heç bir alış-veriş mağazasında elektrik enerjisi yoxdur. Sahibkarlar yalnız onlayn alış-verişə görə obyektə daxil ola bilərlər. Həmin şəxslərə də müvafiq vaxt təyin edilir ki, onlayın sifarişlərini götürmək üçün mağazalarına daxil olub mallarını götürüb ərazini tərk etsinlər. Sahibkarlardan başqa nə satıcılar, nə də müştərilər girişdən buraxılmır. Giriş-çıxışlara müşahidə kameraları ilə nəzarət edilir. Əgər hər hansısa fakt aşkarlanarsa, cavabdeh şəxslər dərhal cəzalandırılacaq”.

Ticarət mərkəzində yoxlamaların aparılması ilə bağlı yayılan məlumatlara gəlincə isə M.Qədimov bildirib ki, bu barədə məlumatlar həqiqəti əks etdirmir:

“Ticarət mərkəzində heç bir yoxlamalar aparılmır. Mərkəz və onun rəhbərliyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda ticarət mərkəzində Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərar və tövsiyələrə uyğun olaraq dezinfeksiya işləri davam etdirilir, mərkəz fəaliyyətini bərpa etməsi üçün hazır vəziyyətə gətirilir”.скачать dle 11.3
Mojo.az Banner