Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Dubaya gələn turistlər üçün yeni qayda

29.01.2021 14:36 1 038
Dubaya gələn turistlər üçün yeni qayda
Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Dubay hökuməti 31 yanvardan etibarən koronavirus pandemiyası səbəbindən xarici turistlərin giriş qaydalarını sərtləşdirməyə qərar verib.

Bu barədə əmirliyin mətbuat xidmətinin “Twitter” hesabında qeyd olunur.

Yeni qaydalara görə, Dubaya gələn bütün xarici vətəndaşlar yola düşmədən 72 saat əvvəl koronavirusa görə verilmiş mənfi nəticəli PCR testi barədə arayış təqdim etməlidirlər.

Əvvəllər səyahətdən 96 saat əvvəl testdən keçməyə icazə verilirdi.

Bundan əlavə, bəzi ölkələrdən gələnlər (COVID-19-la bağlı vəziyyətdən asılı olaraq) Dubayda əlavə testdən keçməli ola bilərlər.

Son məlumatlara görə, epidemiyanın başlanğıcından bəri BƏƏ-də koronavirusa 293 mindən çox yoluxma, 819 ölüm, 267 mindən çox sağalma qeydə alınıb.

Əmirlikdə eksperimental əsaslarla peyvəndləmə prosesinə keçən ilin oktyabrında başlanılıb.

Peyvənd hazırda 16 yaşdan yuxarı hər kəs tərəfindən əldə edilə bilər. Hökumət bu ilin ilk rübündə ölkə əhalisinin 50% -ni peyvənd etməyi planlaşdırır.скачать dle 11.3
Mojo.az Banner