Mojo.az Banner
19:43 Ronaldonun oğlu "Real"da oynayacaq  |     19:37 Dünyanın ən yaşlı kişisi tapıldı: siqaretçəkir, kofe içir  |     19:29 Tərtərdə kişi göbələkdən zəhərləndi  |     19:23 İnternet niyə “donur”? - SƏBƏBİ  |     19:15 Beyləqanda kişini cərəyan vurub öldürdü  |     19:10 Pişiyinizdə bu hərəkətlər varsa - Deməli dişi ağrıyır  |     19:03 iOS 27-nin təqdimat tarixi açıqlandı  |     18:57 Metehan Baltacı azadlığa çıxdı  |     18:49 Əflatun Amaşov qəza keçirdi - FOTO  |     18:40 Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - AÇIQLAMA  |     18:35 Çox təhlükəli virus dünyanı təhdid edir - Koronavirusdan daha ağırdır  |     18:29 Proqram təminatı ilə işləyən avtomobillərdə “tələ” - Video  |     18:22 "Paşinyan qalsa, mütləq müharibə olacaq" - Köçəryan  |     18:15 Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib  |     18:00 Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti hərrac qiymətindən də BAHA SATILDI  |     17:58 Ermənistanda kilsə ilə bağlı KRİTİK QƏRAR  |     17:45 Göyçayda qamışlıq ərazidə yanğın  |     17:44 Biləsuvarda iki avtomobil TOQQUŞUB: Dörd yaralı var  |     17:16 Gübrə daşıyan yük maşını "Mercedes”in üzərinə aşdı - Video  |     17:01 Bir gecəyə 400-ə yaxın dron vuruldu  |    
Left Banner
Right Banner

Hindistana turistlərin qəbulunda ŞƏRTLƏR

28.01.2021 12:37 843
Hindistana turistlərin qəbulunda ŞƏRTLƏR
Hindistanın xarici turistlərin qəbulunda ilkin şərtləri məlum olub.

Bu barədə ATOR xəbər yayır.

Bildirilir ki, Hindistan hökuməti COVID-19 pandemiyası şəraitində xarici qonaqları qəbul etmək üçün bir sıra təlimatlar hazırlayır.

Ola bilsin ki, ölkə beynəlxalq təcrübədən istifadə edəcək.

Beləliklə, Hindistana gələn bütün turistlər ya COVID-19 peyvəndi barədə sertifikat, ya da yola çıxmadan 72 saat əvvəl edilən PCR testinin mənfi nəticəsini təqdim etməlidirlər. Və ya onlar belə fürsətin olduğu hava limanlarına gəldikdən sonra testdən keçəcəklər.

Turistlər yalnız onları qəbul edən turoperatorla səyahət edə biləcəklər. Ölkəyə gəlməzdən əvvəl onunla yerləri və hotelləri, eləcə də əlaqələri göstərən “marşrut vərəqəsi”ni razılaşdırmaq lazımdır. Həmin vərəqin Hindistan hava limanında səhiyyə işçilərinə təqdim edilməsi tələb olunacaq.

Həm də turistlər Hindistana getməzdən əvvəl əvvəlki anti-covid statuslarını təsdiqləyən bəyannamə forması doldurmalıdırlar. Gedişdən əvvəl COVID-19 əlamətləri varsa, onlara səhhətlərinə nəzarət etmələri və səyahət etməmələri tövsiyə olunacaq.

Gəlişdə bütün qonaqlar təmassız termometriyada gözləyəcək. Koronavirus əlamətləri olan turistlər təcrid ediləcək və müayinə olunacaq. PCR test nəticələri müsbət olarsa, onlar mövcud müalicə protokoluna əsasən təcridə göndəriləcəklər.

Termometriyada və gəlişdə müayinə zamanı koronavirus testi mənfi olan və koronavirus əlamətləri göstərməyən turistlərin hotellərinə səyahət etmələri və daxili əlaqəli uçuşlardan istifadə etmələri təmin olunacaq.

Hindistanda olarkən qonaqlardan ən azı iki metr sosial məsafəni qorumaq və daima qoruyucu maskalardan istifadə etmək tələb olunacaq.

Sənəddə hoteldə qalma qaydaları da qeyd olunur, təmassız xidmət formaları - QR kodlar, onlayn formalar və elektron ödəmələrdən istifadə tövsiyə edilir.

Bütün təsvir olunan yeniliklərin nə vaxt tətbiq ediləcəyi hələ dəqiq deyil. Yəqin ki, ölkədə koronavirus əleyhinə peyvəndləmə nəzərə alınmaqla proses yenidən başlayacaq.скачать dle 11.3
Mojo.az Banner