Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:28 İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır | 14:26 İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı | 14:15 Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü | 14:14 20 Yanvardakı tıxaclar azala bilər: Yeni yolun üstünlükləri | 13:52 Aztəminatlı gənclərə müjdə: 35 milyon manat ayrılır | 13:12 Əməkhaqqı saatla hesablanacaq: Yeni sistem kimlərə aid olacaq? | 13:09 Telefon yoxlamaq sevgi deyil - Psixoloqdan AÇIQLAMA | 13:08 İlham Əliyev bolqarıstanlı həmkarına başsağlığı verdi | 13:07 Şamaxıda su çəninə düşən qadın öldü | 13:06 Dövlətə milyonlarla manat ziyan vuran sabiq vəzifəli şəxsə ittiham elan edildi | 13:01 Penitensiar Xidmətdən qovulub həbs edildi, təcridxanada keçmiş hərbçini aldatdı | 12:53 Sükan arxasında "Tiktok"da canlı yayım açan sürücülərə xəbərdarlıq | 12:30 Azərbaycan şərabının hazırlanmasında Ermənistan məhsullarından istifadə edilir? - VİDEO | 12:28 Vəzifəli şəxs qəfil vəfat etdi: Bacısı oğlunun toyuna hazırlaşırmış | 12:27 Azərbaycan neftinin qiyməti 100 dollardan endi | 11:33 10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı | 11:32 Nikol Paşinyan Türkiyədə səfərdədir | 11:31 Bu gün COP31-in Liderlər Sammiti keçiriləcək | 11:31 Vitamin D qəbul etmək üçün ən uyğun vaxt açıqlandı | 11:26 650 min manatı leqallaşdıran Həsənə hökm oxundu |
Mojo.az Avto
Mojo.az Avto

Çavuşoğlu Cavad Zəriflə birgə brifinqdə: “Azərbaycanla üçtərəfli mexanizmlərimiz var” - VİDEO

29.01.2021 13:52 1 080
Çavuşoğlu Cavad Zəriflə birgə brifinqdə: “Azərbaycanla üçtərəfli mexanizmlərimiz var” - VİDEO
“Cənubi Qafqazda atəşkəs mövcuddur və bunun davamlı olmasını istəyirik”.

Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Cavad Zəriflə birgə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.

“Sadəcə istəmək bəs etməz, fayda vermək də gərəkdir. Cənubi Qafqazla bağlı əməkdaşlıq planlaşdırırıq. Qardaşım Cavad Zərif buraya gəlməzdən əvvəl digər ölkələri də ziyarət etdi. Cənubi Qafqazda 3+3 formatında əməkdaşlıq planlaşdırırıq. Cənubi Qafqazda sülh və tərəqqi hər kəsin xeyrinədir. Bu əməkdaşlıqdan ən çox Ermənistan və erməni xalqı faydalanacaq. Ermənistanın bu istiqamətdə konstruktiv addımlar atmasını gözləyirik”, - deyə M.Çavuşoğlu qeyd edib.

Türkiyə XİN rəhbəri həmçinin İranla birlikdə planlaşdırılan toplantılar barədə də danışıb.

“İkitərəfli səfərlərimiz olacaq. Astana formatında üçtərəfli zirvə Tehranda olacaq. Azərbaycanla üçtərəfli mexanizmlərimiz var. Bu toplantılar üçün hazırlıqları da bu gün başlatdıq. Fikir mübadiləsi apardıq. Suriyadakı son vəziyyət, eyni zamanda İraq, Körfəz və xüsusən də Cənubi Qafqazdakı hadisələri müzakirə etdik”, - deyə M.Çavuşoğlu bildirib.

İran XİN rəhbəri isə öz növbəsində Tehran və Ankara arasında Qafqaz regionunda əməkdaşlığın bölgə xalqı üçün faydalı olacağını vurğulayıb:

“Türkiyə, Azərbaycan və Rusiya prezidentlərinin təklif etdiyi kimi beş ölkəyə ziyarətə başladım. Əslində, hazırda altı ölkə üçün də zəmin hazırlanıb. Biz bu altı bölgənin inkişafı üçün çalışa, fərqli sahələrdə əməkdaşlıq edə bilərik. Ümid edirik ki, bu məsələ həyata keçər”.

Son xəbərlər