Mojo.az Banner
18:28 Saleh Səmədova hökm oxundu  |     18:26 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper karyerası barədə qərar verdi  |     17:20 Lavrov Azərbaycana təşəkkür etdi  |     17:19 Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |     16:42 Nazirliyin bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoyub - Məhkəmə  |     16:39 Bakıda maşını xarab olan sürücü həbs olundu  |     16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |     16:26 Laos prezidenti Azərbaycanın regional rolundan danışdı  |     16:20 Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...  |     16:17 Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər  |     16:15 Emoməli Rəhmon İlham Əliyevə təşəkkür etdi  |     16:08 “Ailə məsələsidir” deyib susmayın: Tanınmış psixoloqdan xəbərdarlıq  |     16:05 Qırğızıstan Azərbaycanın AQEM-də sədrliyinin uzadılması təşəbbüsünü dəstəkləyir  |     15:47 Ekoloq: "Günəş panellərinin tullantıya çevrilməsinə indidən hazırlaşmalıyıq, yoxsa..."  |     15:38 "TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldılar  |     15:32 Tokayev: "İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə tərəqqi nümunəsinə çevrilib"  |     15:22 Marketlərə kiberhücum: Mütəxəssislər Azərbaycandakı riskləri açıqladı  |     14:41 Cəhalətə qarşı mübarizə aparanlar dövlət tərəfindən dəstəklənəcək? – Deputat açıqladı  |     14:29 Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Elnur Allahverdiyevdən təklif: “Şuşa ekoloji şəhər elan olunsun”

25.01.2021 14:21 849
Elnur Allahverdiyevdən təklif: “Şuşa ekoloji şəhər elan olunsun”
“Ermənilər bizim yaşayış məntəqələrini talayıb qarət etməklə yanaşı, təbiətimizə də ziyan vurublar. Ağacları kəsiblər, meşələri məhv ediblər, çaylarımızı zəhərləyiblər, faydalı qazıntıları oğurlayıblar. Bizim qarşımızda tək şəhər və kəndləri deyil, təbiəti də bərpa etmək vəzifəsi durur”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.

Millət vəkilinin sözlərinə görə, təbiətin bərpası ilə yanaşı, yeni salınacaq yaşayış məntəqələrində ekoloji standartların qorunması və ekologiyaya zərər verməyəcək istehsal sahələri, infrastrukturun yaradılması lazımdır:

“Qarabağda şəhərlərimiz yenidən tikiləcək. Bu, bizə imkan verir ki, ekoloji problemlərə diqqət yetirək. İnfrastrukturun yaradılmasında ekoloji standartlara cavab verən yeniliklərdən istifadə edə bilərik. Tikinti materiallarının seçimində ekoloji cəhətdən təmiz vasitələrə üstünlük vermək olar”.

E.Allahverdiyevin sözlərinə görə, ötən həftə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında belə bir təkliflə çıxış edib:

“Komitənin 2021-ci ilin yaz sessiyası üçün iş planının müzakirəsi zamanı təklif etdim ki, Şuşa ekoloji təmiz şəhər elan olunsun. Eko-şəhər üçün Şuşada bütün tələb olunan şərait var. Tarixi şəhərimizdir, mədəniyyət paytaxtımızdır. Şuşanın hər qarışı bizim üçün dəyərdir, irsdir. Şuşanın təbiətinin şəffaflığı, suyunun təmizliyi, havası imkan verir ki, bu qədim məskənimizi ekoloji şəhər elan edək və onun xalqımız üçün necə böyük əhəmiyyət kəsb etdiyini dünyaya göstərək”.

E.Allahverdiyev hesab edir ki, Şuşanın ekologiyası, təbiəti heç də az əhəmiyyətli deyil:

“Biz gördük ki, 27 il nəzarətlərində olmasına baxmayaraq, ermənilər Şuşada heç bir layihə, mədəni, tarixi əhəmiyyətli tədbir, tarixi abidələrin bərpası işlərini həyata keçirə bilməyiblər.

Aydındır ki, Şuşa onların şəhəri deyil. XIX əsrin ortalarında inşa olunmuş kilsədən başqa Şuşada erməni tarixini əks etdirən heç nə yoxdur. İndi biz şəhərimizi qaytarıb onu mədəniyyət paytaxtımız elan etmişik. Məncə, əgər Şuşa bizim mədəniyyət paytaxtımızdırsa, oradakı tarixi abidələri, binaları bərpa edib qorumaq istəyiriksə, Şuşaya bir ekoloji şəhər, yaşıl şəhər statusu da verə bilərik”.

Millət vəkilinin sözlərinə görə, artıq dünyada elektrik enerjisindən istifadə edən texnologiyalardan daha çox yararlanmağa başlanılıb. Məsələn, Bakının özündə elektriklə işləyən avtomobillərin sayı, əhalinin bu növ nəqliyyat vasitələrinə marağı gündən-günə artır:

“Biz tutaq ki, Şuşada ancaq elektrik enerjisi ilə çalışan avtomobil, nəqliyyat vasitələri və digər texnologiyanın tətbiqinə icazə verə bilərik. Fikrimcə, ideyanın özü müsbət qarşılanarsa, ekoloji standartların tətbiqi üçün görüləcək işlərin geniş planını hazırlamaq olar. Əminəm ki, özəl sektor bu təşəbbüsə dəstək verər. Prezident cənab İlham Əliyev ölkəmizdə müasir texnologiya, süni intellekt və s. bu kimi yeniliklərin tətbiqinə hər zaman dəstək verib. Azərbaycan bu gün o ölkələrdəndir ki, Beşinci sənaye inqilabına hazırlıqlar görür, dünyanın aparıcı texnoloji şirkətləri bizə hədsiz maraq göstərirlər”.

Deputat hesab edir ki bu, həm də bütün dünyaya Şuşanın əsl sahiblərinin kimin olması barədə daha bir ismarıc ola bilər:

“Qoy görsünlər ki, 27 il ərzində Livandan, Yaxın Şərqdən gətirdikləri etnik ermənilər hesabına bu şəhərə yalnız 3-4 min sakin yığa bilən Ermənistandan fərqli olaraq, biz Şuşaya qayıdıb, onu bərpa etməklə yanaşı, həm də təbiətin qayğısına qalırıq”.скачать dle 11.3
Mojo.az Banner