Mojo.az Banner
11:17 "BakıKart"ın qiyməti ARTDI  |     23:01 Alqoritmi özünüz idarə edəcəksiniz - İnstaqramdan yenilik  |     22:54 Məktəb qarşısında təhlükə yaradan sürücü cəzalandırıldı - Video  |     22:48 Bu ölkədə nəm salfetlərin satışı qadağan ediləcək: Səbəb nədir?  |     22:42 TƏBİB-ə işə düzəltmə adı ilə dələduzluq  |     22:41 İcra Hakimiyyəti şəhid anasının probleminə biganə yanaşır - ŞİKAYƏT  |     22:35 Turistlər Azərbaycana ən çox nə üçün gəlir?  |     22:24 Azərbaycanın tənhaları - Sayı açıqlandı  |     22:15 WhatsApp istifadəçilərə telefon nömrəsi əvəzinə istifadəçi adı ilə əlaqə yaratmaq imkanı verəcək  |     22:09 Belarus və Azərbaycan strateji tərəfdaşlığı möhkəmləndirməyə davam edir  |     22:01 Ali Məhkəmə Trampın fərmanını rədd etdi  |     21:55 Ən çox saxtalaşdırılan məhsullar hansılardır? - SİYAHI  |     21:50 Azərbaycana gətirilən uşaq qidasının tərkibində toksinlər aşkar edilib - Tonlarla məhsul geri qaytarılıb  |     21:43 Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilir? - AQTA sədri AÇIQLADI  |     21:37 Sabah bəzi ərazilərdə qaz kəsiləcək  |     21:29 Türkmənistan Azərbaycanın hədiyyəsini təmtəraqla qarşıladı - Video  |     21:24 30 il əvvəl törədilən qətllə bağlı cinayət işi məhkəməyə göndərilib  |     21:15 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib  |     21:10 Azərbaycan şahmatçılarının mövqeyi bəlli oldu  |     21:03 Yasamalda vətəndaşın evinin qanunsuz sökülməsi iddialarına cavab  |    
Left Banner
Right Banner

Sabah bir neçə deputat Strasburqa gedir

23.01.2021 18:28 2 535
Sabah bir neçə deputat Strasburqa gedir
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın qış sessiyasında iştirak etmək üçün yanvarın 24-dən 29-dək Strasburqda səfərdə olacaq.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rafael Hüseynov, Sabir Hacıyev, Erkin Qədirli, Tural Gəncəliyev, Nigar Arpadarai və Kamal Cəfərov daxildirlər.

Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək.

Assambleyanın monitorinq prosedurunun təkmilləşdirilməsi, Gürcüstanda keçirilmiş parlament seçkilərinin müşahidəsinin nəticələri ətrafında fikir mübadiləsi aparılacaq.

Həmçinin Monteneqro ilə post-monitorinq dialoqu, COVID-19 vaksininin etik, leqal və praktiki tərəfləri, xroniki və uzunmüddətli xəstəliklərlə məşğul olan şəxslərə qarşı ayrıseçkilik və digər mövzularda müzakirələr olacaq.

Tədbirlərdə Milli Məclisin deputatları gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.скачать dle 11.3
Mojo.az Banner