Mojo.az Banner
23:01 Arvadını döyməkdə şübhəli bilinən şəxs tutuldu  |     22:53 Xocalıda ayı həyətə girib, yeyib-içdi  |     22:52 Bakıdakı döyüşdə uduzan idmançı karyerasını bitirdi  |     22:36 ÇL-də mərhələ adlayan ilk 10 komanda  |     22:33 Rusiyalı tanınmış aparıcı həbs oluna bilər  |     21:30 Səlim Abbasovun evində yanğın oldu - VİDEO  |     21:22 İtkin kimi axtarılan şəxsin meyiti çaydan tapıldı  |     21:17 Slovakiyadan hansı məhsulları alırıq? - AÇIQLAMA  |     21:10 Kartla ödənişlərin payı 70 faizə yaxınlaşıb  |     21:05 Cinayətdə şübhəli bilinən 43 nəfər saxlanıldı  |     20:56 Şəhid Xudayar Yusifzadənin doğum günüdür  |     20:51 Almaniyada su böhranı: Qaydaları pozanlara 50 min avroya qədər cərimə  |     20:44 Ofisiant işləmək istəyirdilər, soyğunçuluq etdilər  |     20:38 Hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi? - Hakimdən hüquqi izah  |     20:30 Sakinlərlə obyekt sahibi arasında qalmaqal: "Mən icazə vermirəm ağlamağa!" (Video)  |     20:25 Azərbaycanlıların olduğu daha bir gəmi vuruldu - Kapitan itkin düşdü  |     20:18 Mərdəkanda 22 yaşlı oğlan dənizdə batıb  |     20:04 Onlayn alış-veriş zamanı saxta kosmetik məhsulları necə tanımaq olar?  |     19:48 Qusarda çətənə kolları yetişdirən şəxs tutuldu  |     19:36 Tağı İbrahimovun cəzası 6 ay azaldıdı - 10 nəfərin ölüm işi  |    
Left Banner
Right Banner

İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”

15.01.2021 20:25 1 218
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
Prezident İlham Əliyev Azərbaycan xalqının hər zaman müstəqillik eşqi ilə yaşadığını bildirib.

Şuşada Vaqifin dağıdılmış məqbərəsi qarşısında çıxış edən İlham Əliyev bildirib ki, sovet rəsmi ideologiyasında xanlıqlar antimilli qurum kimi qələmə verilirdi, xanlar ictimaiyyətə düşmən kimi təqdim edilirdi.

“Sovet dövlətinin rəsmi ideologiyası elə idi ki, sanki Azərbaycan ərazisində mövcud olan xanlıqlar insanları yalnız istismar edirdi. Azərbaycan xalqı sanki gözləyirdi ki, bu xanlıqlar ləğv edilsin və sovet hakimiyyəti yaradılsın. Təbii ki, bu, cəfəngiyatdır, Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşamışdır. Əfsuslar olsun ki, tariximizin böyük əksəriyyəti müstəmləkəçilik formatında keçib. Biz başqa dövlətlərin tərkibində yaşamışıq. Bizi buna məcbur ediblər, zorla, öz xoşumuzla yox”, - deyə prezident bildirib.скачать dle 11.3
Mojo.az Banner