Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:07 Güclü külək reklam lövhələrini aşırsa, məsuliyyəti kim daşıyır? – AÇIQLAMA | 12:39 Dövlət qeydiyyat nişanını saxtalaşdıran sürücü həbs edilib | 12:36 Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı | 12:35 Bu ərazilərə qar yağır | 12:34 FHN: Ötən həftə 182 yanğın olub, 6 nəfərin meyiti tapılıb | 12:33 Bu ərazilərdə evlər bahalaşdı | 12:30 Küləkli hava şəraitində işləyənlərlə bağlı qanunda yenilik | 12:24 Arvadını xəncərlə öldürən ər: "Dedim ki, Səlimlə münasibətini etiraf et, səni bağışlayım" | 12:23 Krım körpüsü vuruldu: Hərəkət dayandı | 12:22 Saatyarımlıq gecikmə, sıfır məlumat: Sərnişinlər ADY-dən narazılıq edirlər | 12:20 Azərbaycanda daha bir vəkil həbs edildi | 12:19 Bakıda güclü külək 32 ağacı sındırıb | 12:18 Azərbaycan millisi bu gün Andorra sınağına çıxır | 12:08 Bakıda hasar uçdu: 48 yaşlı qadın öldü | 12:06 DSX-dən əməliyyat: Paraplan zərərsizləşdirildi, iranlı tutuldu - FOTO/VİDEO | 12:04 İki rayonda əməliyyat: Saxlanılanlar var | 12:02 637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat | 12:00 Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə maraqlı tapıntı - FOTO | 11:58 Bu il işləmək məqsədilə neçə Azərbaycan vətəndaşı Rusiyaya gedib? | 11:53 Estoniya Rusiya ilə sərhədi tamamilə bağlamağa hazırlaşır: Tarix açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın 2 klubu nigeriyalı hücumçuya təklif göndərib

08.01.2021 23:13 1 431
Azərbaycanın 2 klubu nigeriyalı hücumçuya təklif göndərib
"Qəbələ"nin futbolçusu Ceyms Adeniyi Azərbaycanda daha iki klubun maraq dairəsinə düşüb.

Bu barədə "Report"a nigeriyalı hücumçunun özü məlumat verib.

Bir müddət öncə adı "Neftçi" ilə hallanan 29 yaşlı forvard bildirib ki, "Zirə" və "Keşlə" də onu heyətinə cəlb etmək istəyir: "İsrailin "Hapoel" (Kiryat-Şmona) klubuna keçib-keçməyəcəyimi hələ bilmirəm. Çünki Azərbaycan və Türkiyədən təkliflərim var. "Neftçi" ilə yanaşı, "Zirə" və "Keşlə" də xidmətimdə maraqlıdır. Hazırda təklifləri götür-qoy edirəm".

Qeyd edək ki, 2019/2020 mövsümünü icarə əsasında "Hapoel"də keçirmiş Adeniyinin "Qəbələ" ilə bu ilin yayınadək sözləşməsi var.

Son xəbərlər