Mojo.az Banner
14:57 Elman Rüstəmov məşhur restoranını SATDI  |     14:55 Azərbaycanın bu ölkə ilə viza rejimi ləğv edilir  |     14:53 Onlar vergidən 20 il azad edildilər  |     14:52 Rusiyada məşhur repçi Ciqana qarşı araşdırma başlanıldı  |     14:51 Vətəndaşların NƏZƏRİNƏ: Bu şəxslərə işgüzar səfər vizası veriləcək  |     14:46 Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır  |     14:45 Azərbaycanda məktəblinin meyiti tapıldı  |     14:40 Qaçırıldığı deyilən "Flydubai" təyyarəsində əslində nə baş verib?  |     14:36 Aİ-92 və dizelin qiyməti artacaq?  |     14:31 Yas mərasimləri neçə saat davam etməlidir?– AÇIQLAMA  |     14:27 Lahorda azərbaycanlı qadının zorakılığa məruz qalması ilə bağlı AÇIQLAMA  |     12:53 Quba-Xınalıq yolunda sürüşmə olub, hərəkət dayanıb  |     12:30 Bakıda içməli su xəttində qəza - Əraziyə texnika cəlb edildi  |     12:29 Xaricdən Azərbaycana gələn yük maşını qəzaya uğradı: Xəsarət alanlar var  |     12:27 Azərbaycanda kütləvi zəhərlənmə: 10 nəfər xəstəxanalıq oldu  |     12:24 Bərdədə 26 yaşlı kişi qətlə yetirildi  |     12:12 Fransada kütləvi iğtişaşlar: Yüzlərlə şagird həbs olundu  |     11:49 Azərbaycan nefti ucuzlaşdı  |     11:47 Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA  |     11:38 Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular  |    
Mojo.az Avto
Mojo.az Avto

Millimizin kapitanına vəzifə verildi

07.01.2021 18:00 1 605
Millimizin kapitanına vəzifə verildi
Məlum olduğu kimi, sərbəst güləş üzrə millimizin kapitanı Cəbrayıl Həsənov idmançı karyerasını başa vurub.

Titullu güləşçimiz bundan sonra məşqçi kimi fəaliyyət göstərəcək. Belə ki, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyevin müvafiq əmrinə əsasən, Cəbrayıl Həsənov sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın böyük məşqçisi vəzifəsinə təyin olunub. Bu komandada Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyev məşqçi kimi fəaliyyətini davam etdirəcək.

Bu gün Namiq Əliyev gənc mütəxəssisə idmançı kimi göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona yeni vəzifəsində uğurlar arzulayıb. Federasiyanın rəhbəri bundan sonra sərbəst güləş üzrə böyüklər ibarət yığma komandanın kapitanının Şərif Şərifov olacağını bildirib.

Xatırladaq ki, Cəbrayıl Həsənov Rio Olimpiadasında bürünc medal qazanmaqla yanaşı, 2 dəfə dünya ikincisi, 3 dəfə Avropa çempionu, ilk Avropa Oyunlarının bürünc medalçısı olub. Həsənov ümumilikdə dünya və Avropa çempionatlarında 12 dəfə fəxri kürsüyə qalxıb.скачать dle 11.3
Mojo.az Banner