Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər | 20:49 İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar | 20:42 Bu məhsullar bahalaşıb - SİYAHI | 20:37 Lənkəranda bir ailə plov və turşudan zəhərləndi - AQTA-dan xəbərdarlıq | 20:30 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ | 20:24 Amerikalı aktyor vəfat etdi | 20:15 Azərbaycanın 10 aylıq büdcə göstəriciləri açıqlandı | 20:10 8 çamadan dolu pul yerə səpələndi - Astanada (VİDEO) | 20:03 Atasının ölümünə səbəb olan sürücü ilə zərərçəkmişlər barışdı - Məhkəmədən qərar | 19:58 NVIDIA şirkətində qalmaqal - Baş direktor gizli eşqə görə işindən oldu | 19:50 Bu məhsullar daxili bazara gömrük rüsumu olmadan çıxarılacaq |
Mojo.az Avto
Mojo.az Avto

Qarabağ Dirçəliş Fondunun əsas fəaliyyət məqsədləri açıqlandı

07.01.2021 15:03 2 580
Qarabağ Dirçəliş Fondunun əsas fəaliyyət məqsədləri açıqlandı
“Qarabağ Dirçəliş Fondunun əsas fəaliyyəti yenidənqurma və bərpa işlərini, məskunlaşma, regionda iqtisadi inkişaf, məcburi köçkünlərimizin geri qayıdışı ilə mühitin bərqərar olmasını təşkil edəcək”.

Bunu Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fatma Yıldırım Fondun fəaliyyət məqsədləri haqqında məlumat verərkən deyib.

“Əsas işimiz bu istiqamətə yönələcək. Xüsusilə də, biz regionun iqtisadi potensialını da canlandırmalıyıq. Fondun başqa bir istiqaməti də həm yerli, həm də xarici sərmayələrin, investorların regiona cəlb olunması, bunun üçün müvafiq mühitin yaradılmasıdır”, - deyə o bildirib.

F. Yıldırım qeyd edib ki, artıq Fond çoxşaxəli prosesləri əhatə edəcək proqram üzərində çalışır:

“Proqram və Fondun nizamnaməsi təsdiq olunduqdan sonra bütün hesab nömrələri ictimaiyyətə açıqlanacaq. Regionda yenidənqurma və bərpa işlərinin həyata keçirilməsi uzunmüddətli proses olacaq və Fondun yaradılmasında əsas məqsəd də prosesi sürətləndirməkdən ibarətdir”.

Son xəbərlər