Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

BMT-nin sülhməramlı səfirindən Ermənistanın vandalizmi ilə bağlı dünya ictimaiyyətinə ÇAĞIRIŞ

02.01.2021 19:45 900
BMT-nin sülhməramlı səfirindən Ermənistanın vandalizmi ilə bağlı dünya ictimaiyyətinə ÇAĞIRIŞ
Fransa Ali Musiqi Akademiyasının direktoru, Azərbaycanın Əməkdar artisti, BMT-nin sülhməramlı səfiri Adilə Əliyeva dünya ictimaiyyətinə açıq məktubla müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Fransada 30 ildir yaşayan azərbaycanlı pianoçu deyib ki, hətta qlobal pandemiya belə Azərbaycan torpaqlarının qonşu Ermənistan tərəfindən işğal olunması ağrısını azaltmağa qadir deyildi:

“30 illik işğal bir milyon qaçqının və müxtəlif milliyyətdən, dindən olan Azərbaycan əhalisinin – rusların, ermənilərin, yəhudilərin, ləzgilərin və başqalarının qan yaddaşında yer alan ali ədalətə inamını məhv edə bilməyib”.

Müəllif ermənilərin XIX əsrdə Azərbaycan torpaqlarına köçürüldüyü, Ermənistanın bütün beynəlxalq normaları kobudcasına pozaraq, Azərbaycan torpaqlarını işğal etdiyi, dəhşətli müharibə cinayətləri törətdiyi, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin parlaq taktikası və qələbə strategiyası, ordumuzun qəhrəmancasına savaşması nəticəsində ölkəmizin Zəfər qazanaraq, BMT-nin dörd qətnaməsini təkbaşına yerinə yetirdiyi barədə ətraflı məlumat verib.

BMT-nin sülhməramlı səfiri bildirib ki, 30 illik işğal ərzində Azərbaycanın mədəni irsinə böyük ziyan vurulub, tarixi və dini abidələri (həm müsəlman, həm də xristian) məhv edilib, dağıdılıb, təhqir edilib, İslam və xristianlığın qanunları, şərəfi və qaydaları kobudcasına pozulub:

“Ermənistan uzun illər ərzində Azərbaycanın tarixi və mədəni irsini mənimsəyirdi, hər xalqın tarixi-mədəni dəyərlərinin müdafiəsi haqqında UNESCO konvensiyasını pozurdu”.

Tanınmış sənətkar digər ölkələrin mədəniyyət və incəsənət təmsilçilərini Azərbaycanın işğaldan azad olunmuş torpaqlarını ziyarət etməyə, erməni işğalçılarının törətdikləri dağıntıların dəhşətli miqyasını görməyə dəvət edib.

Müsəlman Şərqində, məhz Azərbaycanda ilk demokratik respublikanın qurulduğunu, qadına səsvermə hüququnun verildiyini, ilk operanın, baletin, operettanın yarandığını xatırladan sənətkar bütün ölkələrin və xalqların sülhməramlı səfirlərini müstəqil dövlətimizin əldə etdiyi sülhün qorunması üçün öz töhfələrini bəxş etməyə çağırıb.скачать dle 11.3
Mojo.az Banner