Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Mariya Stadnik Ermənistanın təcavüz aktını pislədi

01.10.2020 21:45 1 187
Mariya Stadnik Ermənistanın təcavüz aktını pislədi
Sentyabrın 27-də səhər saatlarında Ermənistanın təxribatı nəticəsində cəbhədə qızğın döyüşlər başlayıb.

Xəbər verdiyimiz kimi, düşmən ordusu mövqelərini itirdikdən sonra mülki əhalinin yaşayış sahələrini atəşə tutur. Bununla bağlı olaraq, Olimpiya, dünya və Avropa çempionu Şərif Şərifovun münasibətini diqqətinizə çatdırmışdıq.

Olimpiadanın gümüş medalçısı, dəfələrlə dünya və Avropa çempionu olmuş qadınlardan ibarət yığmamızın ukraynalı lideri Mariya Stadnik də ermənilərin təxribatına biganə qalmayıb. Qadın güləşçimiz yaşananlarla bağlı Azərbaycan Güləş Federasiyasının saytına bunları deyib:

“30 ildən çoxdur ki, Azərbaycan torpaqları Ermənistan işğalı altındadır. Ermənistan BMT qətnamələrini kobud şəkildə pozaraq hərbi yolla Azərbaycan torpaqlarını işğal edib. Bir milyondan çox insan öz ev-eşiyindən didərgin düşərək məcburi köçkün həyatı yaşamağa məcbur olub. 30 il ərzində keçirilən danışıqlar yolu heç bir nəticə verməyib. Sentyabrın 27-dən Ermənistan hərbi təxribat nəticəsində atəşkəsi pozaraq Azərbaycanın yerli əhalisini atəşə tutub. 20-yə yaxın insan bu atışma nəticəsində həyatını itirib. Ölənlər arasında uşaqlar da var”.

2 qat dünya və 7 qat Avropa çempionu bildirib ki, Azərbaycanın 20 faiz ərazisi 30 ildən çoxdur işğal altındadır: "Ermənistan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini kobud şəkildə pozaraq, hərbi güc tətbiq edərək Dağlıq Qarabağ və ona aid 7 rayonu işğal edib. Nəticədə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib".
скачать dle 11.3
Mojo.az Banner