Mojo.az Banner
16:26 "Space" TV ilə bağlı qarşılıqlı bəyanatlar: Bank hesablarına həbs qoyulması nədən qaynaqlanır?  |     16:20 Bakıda daxili iməcilik keçirilib  |     16:12 Ermənistan ilə Rusiya arasında PENDİR BÖHRANI  |     16:09 Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA  |     15:58 Azərbaycanda futbol klubu 400 min manata SATILDI  |     15:22 Prezidentdən Milix İlxananoviç ilə bağlı SƏRƏNCAM  |     15:15 Formula-1-ə FHN-nin 400 nəfərə yaxın şəxsi heyəti cəlb olunub  |     15:10 "Real"ın 100 milyon avroluq təklifi rədd edildi  |     15:02 Sədərək və Binə Ticarət Mərkəzləri bağlanır? - Video  |     15:01 45 kiloqramdan artıq narkotik vasitə aşkar olunub  |     14:56 Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanıldı  |     14:51 "Əl-Hilal" 64 milyon avroluq transfer etdi  |     14:43 Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb  |     14:38 Ukraynada hərbçiləri partlatmağa çalışan qız saxlanıldı  |     14:30 Gəncədə universitet əməkdaşı VƏFAT ETDİ  |     14:24 Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub  |     14:16 Şəmkirdə yeniyetmə qız QƏTLƏ YETİRİLDİ: 16 yaşlı BACISI SAXLANILDI  |     13:48 Azərbaycanda 41 dərəcə isti olacaq  |     13:46 Çak Rassel 74 yaşında vəfat etdi 15 17  |     13:39 Gürcüstan işıqsız qalıb: Son vəziyyət AÇIQLANDI (Yenilənib)  |    
Left Banner
Right Banner

Olimpiya çempionundan Qarabağ münaqişəsinə münasibət

30.09.2020 19:39 1 663
Olimpiya çempionundan Qarabağ münaqişəsinə münasibət
Məlum olduğu kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Ermənistan-Azərbaycan münaqişəsi zonasında aktiv döyüşlər başlayıb.

Ermənistan qoşunlarının hücumlarını dəf edən Azərbaycan ordusunun uğurlu əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızın bir qismi azad edilib. Ancaq düşmənin silahlı qüvvələri cəbhə bölgəsində yaşayan mülki əhalini hədəf alır və yaşayış sahələrinə atəş açır.

Bununla əlaqədar olaraq, sərbəst güləş üzrə olimpiya, dünya və Avropa çempionumuz Şərif Şərifov Azərbaycan Güləş Federasiyasının saytına münasibətini bildirərək, qarşı tərəfin qeyri-adekvat hücumlarına öz etirazını bildirib:

“Bildiyiniz kimi, 30 ilə yaxındır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Nəticədə bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Bu müddət ərzində aparılan sülh danışıqları heç bir fayda verməyib. İşğalçılıq siyasətini davam etdirən Ermənistan sentyabrın 27-də növbəti dəfə atəşkəsi pozub. Ən pisi də odur ki, onlar dinc sakinləri hədəf alır. Nəticədə ölən və yaralananlar var.

Həyatını dəyişənlər arasında uşaqların da olması dəhşətdir. Mən bir olimpiya çempionu kimi dünya ictimaiyyətini Ermənistanı belə qeyri-insani addımlardan çəkindirməyə çağırıram. İnanıram ki, tez bir zamanda Azərbaycan ordusu bütün işğal olunmuş torpaqları azad edəcək”.скачать dle 11.3
Mojo.az Banner