Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər | 20:49 İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar | 20:42 Bu məhsullar bahalaşıb - SİYAHI | 20:37 Lənkəranda bir ailə plov və turşudan zəhərləndi - AQTA-dan xəbərdarlıq | 20:30 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ | 20:24 Amerikalı aktyor vəfat etdi | 20:15 Azərbaycanın 10 aylıq büdcə göstəriciləri açıqlandı | 20:10 8 çamadan dolu pul yerə səpələndi - Astanada (VİDEO) | 20:03 Atasının ölümünə səbəb olan sürücü ilə zərərçəkmişlər barışdı - Məhkəmədən qərar |
Mojo.az Avto
Mojo.az Avto

FAO ilə Azərbaycan arasında 2021-2025-ci illər üzrə əməkdaşlıq proqramının hazırlanması yekunlaşır

01.01.2021 14:35 2 550
FAO ilə Azərbaycan arasında 2021-2025-ci illər üzrə əməkdaşlıq proqramının hazırlanması yekunlaşır
BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycan hökuməti ilə birgə 2021-2025-ci illər üçün yeni əməkdaşlıq proqramının hazırlanmasını başa çatdırır.

Bunu Trend-ə FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Koordinasiya Ofisindən bildiriblər.

Təşkilatın nümayəndəsinin sözlərinə görə, yeni proqramda seçilən prioritetlər ölkə üçün öncül hesab olunan istiqamətlər üzrə olacaq:

“Bura kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, balıqçılıq və təbii ehtiyatlardan dayanıqlı istifadə daxildir. Bundan başqa, FAO qeyd olunan istiqamətlər üzrə əvvəlki illərdə başlamış layihələrdə işlərini davam etdirəcək”.

Təşkilatdan onu da bildiriblər ki, qurumun əsas məqsədi ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı məhsullarının idxalından asılılığın azaldılması, ixracın stimullaşdırılması, eləcə də təbii ehtiyatların daha səmərəli istifadəsidir.

Son xəbərlər