Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Samir Şərifov: “Bu il xəzinədə 500 milyon manat qalıq gözləyirik”

23.12.2020 14:38 882
Samir Şərifov: “Bu il xəzinədə 500 milyon manat qalıq gözləyirik”
“2021-ci ildə də Azərbaycanda ABŞ dollarının məzənnəsinin 1,7 manat saxlanılması nəzərdə tutulub”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət və icmal büdcələrinin layihələrinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov bildirib.

Bundan başqa, nazir qeyd edib ki, gələn il Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmalarının 3,9 milyard manat olacağı gözlənilir:

“Bu ilin büdcəsində bu rəqəm 4 milyard manat götürülmüşdü, sonradan dürüstləşmə zamanı 3,83 milyard manat müəyyən edildi. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin isə qeyri-neft sektorunun yığılan vergilər hesabına büdcəyə 5,674 milyard manat təmin edəcəyi gözlənilir”.

S.Şərifov 2020-ci ilin büdcəsinin icrası barədə də danışıb:

“İcra zamanı xəzinədə 500 milyon manat qalıq gözləyirik. Bu qalıq gələn ilin büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün istifadə ediləcək”.скачать dle 11.3
Mojo.az Banner