Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |    
Mojo.az Avto
Mojo.az Avto

Gəncədə koronavirusdan ölmüş 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

22.12.2020 23:30 1 488
Gəncədə koronavirusdan ölmüş 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
“Bizim prosedur qaydalarına əsaslanaraq deyə bilərəm ki, koronavirusdan vəfat edən şəxslərin cəsədlərinin dəyişik düşməsi bizim səhvimiz olmayıb”.

Median.Az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Gəncədə koronavirusdan ölən 12 nəfərin meyitinin dəyişik düşdüyünə dair yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

O bildirib ki, bəzilərindən fərqli olaraq heç kimi ittiham etmək istəmir:

“Bəli, Gəncədə meyitin dəyişik düşdüyü hadisə olub. Lakin mən kimisə ittiham etmək niyyətində deyiləm. Sadəcə olaraq sizə proseduru izah edəcəm, özünüz qərar verin.

Əvvəl onu deyim ki, xəstəxanada dünyasını dəyişən xəstələri morqa göndərməzdən əvvəl meyitə aid xəstəlik tarixçəsi onun üzərinə qoyulur. Bir anda morqa bir neçə meyit göndərilən zaman onların sənədlərinin dəyişik düşmə ehtimalı da nəzərə alınırdı. Demirəm belə olub, amma xəstəxanalarda bu səhvə yol verilə bilər. Bir neçə meyit göndərilən zaman sənədlərin dəyişik düşmə ehtimalı mümkün ola bilər.

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində yalnız üzərində ona aid sənədlər olan meyit qəbul edilir. Meyit açılır, yuyulur, dezinfeksiya edilir, yenidən yuyulur, dini qaydalara riayət olunaraq kəfənlənir və ailə yaxınlarına dəfn olunması üçün təhvil verilir.

Amma biz artıq bir neçə müddətdir ki, xəstəxanalardan gətirilən meyitlərin sənədlərinin dəyişik düşmə ehtimallarını nəzərə alaraq, qabaqlayıcı tədbirlər görmüşük. Belə ki, meyit morqa gətirilən zaman ailə yaxını təsdiq etməmiş içəri qəbul edilmir. Koronavirus infeksiyasına yoluxma halı nəzərə alınaraq, içəri heç kim buraxılmır. Morqun qapısında şəxs xüsusi geyimdə, müəyyən məsafədən meyitə baxır, təsdiq edir ki, bu, onun yaxınıdı, daha sonra əməkdaşlar meyiti qəbul edir, prosedur qaydalarına uyğun şəkildə yuyub, kəfənləyib, təhvil verir.

Belə olan halda sizcə hər hansı qarışıqlıq ola bilərmi? Bu prosedurda hər hansı yanlışlıq olması sıfırdır. Bu prosedur Bakıda çoxdan tətbiq edilir, bir neçə müddətdir Gəncədə də tətbiq edilir. Əgər insan özü öz yaxınını tanıyırsa, təsdiq edirsə, burada hansı yanlışlıqdan danışmaq olar?”

Xatırladaq ki, Gəncədə koronavirusdan ölən 12 nəfərin meyitinin dəyişik düşdüyünə dair məlumatlar yayılmışdı. TƏBİB-dən məsələyə verilən açıqlamada isə xəstənin xəstəxanada ölməsi hallarında cəsədin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verildiyi, sözügedən quruma nəzarətin isə TƏBİB-də olmadığı qeyd olunub.

Son xəbərlər