Mojo.az Banner
12:08 Məktəbdə şüşələri sındıran və müəllimlərə hücum edənləri hansı cəza gözləyir?  |     11:55 Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb - Siyahı  |     11:47 “Bu vəziyyətdən radikal qüvvələr də istifadə edə bilər”  |     11:45 Sakinlərin yumağa verdiyi minlərlə xalça yoxa çıxdı - Video  |     11:42 Bakıda dana əti niyə bahalaşıb? - Video  |     11:36 Məktəblərdə dini təbliğat aparan müəllim və şagirdlərə qarşı tədbir görülməlidir – AÇIQLAMA  |     11:18 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"  |     23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |    
Mojo.az Avto
Mojo.az Avto

Gəncədə koronavirusdan ölmüş 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

22.12.2020 19:03 807
Gəncədə koronavirusdan ölmüş 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
“Bizim prosedur qaydalarına əsaslanaraq deyə bilərəm ki, koronavirusdan vəfat edən şəxslərin cəsədlərinin dəyişik düşməsi bizim səhvimiz olmayıb”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Gəncədə koronavirusdan ölən 12 nəfərin meyitinin dəyişik düşdüyünə dair yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

O bildirib ki, bəzilərindən fərqli olaraq heç kimi ittiham etmək istəmir:

“Bəli, Gəncədə meyitin dəyişik düşdüyü hadisə olub. Lakin mən kimisə ittiham etmək niyyətində deyiləm. Sadəcə olaraq sizə proseduru izah edəcəm, özünüz qərar verin.

Əvvəl onu deyim ki, xəstəxanada dünyasını dəyişən xəstələri morqa göndərməzdən əvvəl meyitə aid xəstəlik tarixçəsi onun üzərinə qoyulur. Bir anda morqa bir neçə meyit göndərilən zaman onların sənədlərinin dəyişik düşmə ehtimalı da nəzərə alınırdı. Demirəm belə olub, amma xəstəxanalarda bu səhvə yol verilə bilər. Bir neçə meyit göndərilən zaman sənədlərin dəyişik düşmə ehtimalı mümkün ola bilər.

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində yalnız üzərində ona aid sənədlər olan meyit qəbul edilir. Meyit açılır, yuyulur, dezinfeksiya edilir, yenidən yuyulur, dini qaydalara riayət olunaraq kəfənlənir və ailə yaxınlarına dəfn olunması üçün təhvil verilir.

Amma biz artıq bir neçə müddətdir ki, xəstəxanalardan gətirilən meyitlərin sənədlərinin dəyişik düşmə ehtimallarını nəzərə alaraq, qabaqlayıcı tədbirlər görmüşük. Belə ki, meyit morqa gətirilən zaman ailə yaxını təsdiq etməmiş içəri qəbul edilmir. Koronavirus infeksiyasına yoluxma halı nəzərə alınaraq, içəri heç kim buraxılmır. Morqun qapısında şəxs xüsusi geyimdə, müəyyən məsafədən meyitə baxır, təsdiq edir ki, bu, onun yaxınıdı, daha sonra əməkdaşlar meyiti qəbul edir, prosedur qaydalarına uyğun şəkildə yuyub, kəfənləyib, təhvil verir.

Belə olan halda sizcə hər hansı qarışıqlıq ola bilərmi? Bu prosedurda hər hansı yanlışlıq olması sıfırdır. Bu prosedur Bakıda çoxdan tətbiq edilir, bir neçə müddətdir Gəncədə də tətbiq edilir. Əgər insan özü öz yaxınını tanıyırsa, təsdiq edirsə, burada hansı yanlışlıqdan danışmaq olar?”

Xatırladaq ki, Gəncədə koronavirusdan ölən 12 nəfərin meyitinin dəyişik düşdüyünə dair məlumatlar yayılmışdı. TƏBİB-dən məsələyə verilən açıqlamada isə xəstənin xəstəxanada ölməsi hallarında cəsədin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verildiyi, sözügedən quruma nəzarətin isə TƏBİB-də olmadığı qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner