Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Pandemiya ictimai iaşə obyektlərinin gəlirlərini iki dəfə azaldıb

17.12.2020 15:17 804
Pandemiya ictimai iaşə obyektlərinin gəlirlərini iki dəfə azaldıb
Ölkədə ictimai iaşə dövriyyəsi pandemiya ilə əlaqədar kəskin azalıb.

2020-ci ilin yanvar-noyabr aylarında ümumi ictimai iaşə dövriyyəsinin həcmi 682 milyon 809,6 manat təşkil edib. İctimai iaşə dövriyyəsi ötən ilə nisbətən 52,1 faiz azalıb.

Bu dövrdə dövlət müəssisələri üzrə ictimai iaşə dövriyyəsi cəmi 4 milyon 875,5 min manat olub. Dövlət sektorunda ictimai iaşə dövriyyəsi 63,6 faiz azalıb. Qeyri-dövlət müəssisələrində isə ictimai iaşə dövriyyəsinin həcmi 52 faiz azalaraq 677 milyon 934,1 manat təşkil edib. O cümlədən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə məxsus müəssisələrin iaşə dövriyyəsi 55,3 faiz azalaraq 362 milyon 800 manat olub.

Bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 46,5 faizi hüquqi şəxslərin, 53,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,9 dəfə azalaraq 315,1 milyon manat olub.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə ölkədə ictimai iaşə dövriyyəsinin həcmi 1 milyard 412 milyon manat təşkil edib. 2018-ci illə müqayisədə bu göstərici 6,1 faiz çox olub. Bu il isə pandemiyanın yaratdığı səbəblərdən dolayı ictimai iaşə obyektlərinin fəaliyyətində məhdudiyyətlər yarandığından ictimai iaşə dövriyyəsi iki dəfədən çox azalıb.скачать dle 11.3
Mojo.az Banner