Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:06 Bakıda "Rəmiş" hotelin fəaliyyəti dayandırıldı - Video | 11:52 Piyadanı vurub ağır yaralayan sürücünün cinayət işinə xitam verildi: Səbəb | 11:41 Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq: "Babəli Türkiyədə saxta pul alverinə girişib" | 11:38 Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama | 11:25 Lionel Messiyə dair sensasion transfer iddiası | 11:23 Bəzi həkimlərə xüsusi rütbələr veriləcək | 11:21 Mərkəzi Bankın keçmiş baş direktoruna yeni vəzifə verildi | 22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi |
Mojo.az Avto
Mojo.az Avto

Bu il Azərbaycanda restoranların dövriyyəsi 13 faiz artıb

28.10.2025 13:02 1 032
Bu il Azərbaycanda restoranların dövriyyəsi 13 faiz artıb
2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə ictimai iaşə dövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 13.2% artaraq 1 milyard 990.2 milyon manat təşkil edib.

Median.Az
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dövriyyənin 1 milyard 974 milyon manatı isə qeyri-dövlət mülkiyyətinə məxsus iaşə obyektlərində formalaşıb.

Qeyri-dövlət sektorunda dövriyyə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13.3% artıb, o cümlədən fiziki şəxslər üzrə göstərici 13.6% artaraq 966.1 milyon manata çatıb.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 51.1%-i hüquqi şəxslərin, 48.9%-i isə fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 1 milyard 7.9 milyon manat olub.

Son xəbərlər