Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda elektrik enerjisi istehsalı azalıb

16.12.2020 19:10 1 470
Azərbaycanda elektrik enerjisi istehsalı azalıb
2020-ci ilin on bir ayı üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2120,57 mln. kVt·st, ixracı 89,14 mln. kVt·st, idxalı 10,6 mln. kVt·st olub.

Energetika Nazirliyindən verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 59,3 mln. kVt·st, ixrac 45,56 mln. kVt·st azalıb, idxal isə 3,0 mln. kVt·st artıb.

Cari ilin yanvar-noyabr aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 197,7 mln.kVt·st azalaraq 23421,9 mln. kVt·st olub. Hesabat dövründə ötən ilin 11 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 273,8 mln. kVt·st artaraq 22092,3 mln. kVt·st, SES-lərdə 470,8 mln. kVt·st azalaraq 1013,3 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 0,8 mln. kVt·st azalaraq 316,3 mln. kVt·st olub. Bu dövrdə Külək Elektrik Stansiyalarında 88,83 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 45,09 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 182,4 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Yanvar-noyabr aylarında elektrik enerjisinin istehsalı "Azərenerji" ASC üzrə 20878,2 mln. kVt·ts (İES-lərdə 20036,5 mln. kVt·st, SES-lərdə 841,7 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 397,0 mln. kVt·st (İES-lərdə 205,7 mln. kVt·st, SES-lərdə 152,0 mln. kVt·st, Günəş ES-də 39,4 mln. kVt·st), Müstəqil Elektrik Stansiyaları üzrə 2077,5 mln. kVt·st, "Azərişıq" ASC üzrə Külək Elektrik Stansiyalarında isə 69,2 mln. kVt·st təşkil edib.

Bu dövrdə elektrik enerjisinin ixracı 990,24 mln. kVt·st olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 254,76 mln. kVt·st, idxalı isə 125,6 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 2,8 mln. kVt·st azalıb.

Son xəbərlər