Mojo.az Banner
17:20 Azərbaycanda "Yol hərəkəti haqqında" qanun dəyişdi  |     17:12 Baş nazir bəzi həkimlərin maaşı ilə bağlı QƏRAR İMZALADI  |     17:12 Paşinyan Moskvaya dəvət olundu  |     17:05 Bakıdakı uşaq bağçasında işəqəbul maxinasiyası: Şikayətçilər necə aldadıldıqlarını açıqladılar  |     17:00 Azərbaycanda vətəndaşlar maaş bankını sərbəst seçə biləcəklər  |     16:51 Bolşeviklərin adları küçələrdən götürülsün - Deputatdan TƏKLİF  |     16:48 Dostunun məhkəməsinə gedən şəxs HƏBS EDİLDİ  |     16:36 Bakının mərkəzi prospektində "Qırat" Koroğlunu "axtarır" - Video  |     16:33 Mərkəzi Bank AÇIQLADI: Nəqliyyatda kartlardan vəsait niyə sonradan tutulur?  |     16:30 Taleh Kazımovdan Ramiz Mehdiyevin ailə bankı ilə bağlı AÇIQLAMA  |     16:20 33 il əvvəl Bakıda adam öldürən şəxs Almaniyadan ekstradisiya edilir  |     16:14 Qəbiristanlıqda tapılan körpənin taleyi ilə bağlı RƏSMİ AÇIQLAMA  |     16:12 Ali Məhkəmə ölkəmizin əleyhinə casusluq edənlərlə bağlı qərar verdi  |     15:53 Azərbaycan Pakistana humanitar yardım göstərib  |     15:49 Mingəçevirdə dava: 60 yaşlı kişinin BAŞI KƏRPİCLƏ YARILDI  |     15:48 Azərbaycanın yeni KAMİKADZE DRONLARI - FOTO  |     15:42 Tehranda ticarət mərkəzindəki yanğında 11 nəfər ölüb  |     15:40 Sumqayıtda oğlunu xüsusi amansızlıqla öldürmək istəyən ata ilə bağlı QƏRAR  |     15:39 Azərbaycanda müşahidə olunan temperatur anomaliyası AÇIQLANDI  |     15:03 Bakıda həbsxanada cinayət: Məhkum kamera yoldaşını öldürdü  |    
Left Banner
Right Banner

Xudavəng monastrı talan edilib: Nazirlik bəyanat yaydı

15.12.2020 20:39 1 617
Xudavəng monastrı talan edilib: Nazirlik bəyanat yaydı
Mədəniyyət Nazirliyi Xudavəng monastır kompleksinin talan edilərək kompleksə məxsus olan xaçların, zənglərin və digər elementlərin Ermənistana daşınması və orada satışa çıxarılması ilə bağlı bəyanat yayıb.

Nazirlikdən Qaynarinfo-ya daxil olan bəyanatda deyilir:

"27 sentyabr – 10 noyabr tarixlərində davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı zəfərin nəticəsi olaraq Kəlbəcər rayonu da noyabrın 25-də Ermənistan işğalçı qüvvələrindən azad edilib. İşğalçı qüvvələr Kəlbəcər rayonunu tərk edərkən Xudavəng monastır kompleksinin talan edilərək kompleksə məxsus olan xaçların, zənglərin və digər elementlərin Ermənistana daşındığı barədə məlumatlar yayılıb.

Bu günlərdə Ermənistan mediasında yer alan xəbərlər bunu təsdiq edir. Bildirilir ki, dekabrın 16-da Ermənistan paytaxtındakı Xalq Sənətləri Muzeyində "Dadivankdan Yerevana” adlı satış-sərgi keçiriləcək (https://bit.ly/3qXSesb). Sərgidə Dadivank (Xudavəng) monastır kompleksindən gətirilmiş Bibliya, xaçlar, ikonalar, suvenirlər, həmçinin kitablar, fotoalbomlar nümayiş olunacaq. Həmçinin Dağlıq Qarabağ ermənilərinə yardım məqsədilə kulinariya və şirniyyat məhsullarının satışı keçiriləcək.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yayılan bu məlumatlarla bağlı bir daha diqqətə çatdırır ki, UNESCO-nun 1970-ci il Konvensiyası mədəniyyət sərvətlərinin qanunsuz olaraq gətirilməsinin, çıxarılmasının və onların üzərində mülkiyyət hüququnun başqasına verilməsinin qadağan edilməsinə və qarşısının alınmasına yönəldilmiş tədbirləri, eləcə də 1954-cü il Haaqada qəbul edilən "Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya”sı işğalçının üzərinə işğal edilmiş ərazilərdə mülkiyyətin oğurlanmasının qarşısının alınması istiqamətində addımlar atma öhdəliyi qoyur. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində Haaqa Konvensiyasının İkinci Protokolunun 9-cu bəndi işğalda iştirak edən tərəfin "işğal edilmiş ərazilərə münasibətdə” mədəni mülkiyyətin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının almasını təsbit edir.

Bildiririk ki, Mədəniyyət Nazirliyi tərəfindən bu məsələ ciddi nəzarətdə saxlanılır və Ermənistan tərəfinin qeyri-qanuni fəaliyyətləri barədə beynəlxalq təşkilatlar mütəmadi olaraq məlumatlandırılır və bu kimi mənimsəmə faktları ilə bağlı zəruri hüquqi prosedurların tətbiqi üçün tədbirlər görüləcək. Eyni zamanda, beynəlxalq təşkilatları, xüsusilə UNESCO-nu bu faktlara hüquqi qiymət verməyə və Ermənistanın Azərbaycan ərazisindəki tarixi-mədəni irsə qarşı törətdiyi müharibə cinayətlərini araşdırmağa çağırırıq.

Məlumat üçün bildiririk ki, Kəlbəcər rayonunun Vəng kəndi ərazisində Xudavəng monastır kompleksi qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının xristian memarlığının ən böyük və ən gözəl abidələrindən biridir.

Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü ildə Ermənistan tərəfindən işğal olunduqdan sonra Xudavəng monastır kompleksi erməni abidəsi kimi dünyaya təqdim edilməyə başlanıb”.скачать dle 11.3
Mojo.az Banner