Mojo.az Banner
18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |     17:58 Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi  |     17:48 Bakıda və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq  |     17:24 Hicaba görə məktəbə getməyən uşağın valideyni 100 manat cərimələnə bilər – AÇIQLAMA  |     15:32 Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilir  |     15:30 Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto  |     15:28 Azərbaycanda pensiya ödənişləri 10 faiz artıb  |     15:24 Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto  |     13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Özəl sektorda iş saatları azaldıla bilər - FOTO/VİDEO

11.12.2020 21:25 1 359
Özəl sektorda iş saatları azaldıla bilər - FOTO/VİDEO
Azərbaycanda COVİD-19 pandemiyası ilə əlaqədar iş saatının azaldılması və işçilərin mütləq əksəriyyətinin onlayn qaydada işləməsi təklif edilir. Mütəxəssislər fikirləşir ki, bu təklif iş yerlərindəki sıxlığı azaltmağa kömək edəcək və yoluxma sayını azaldacaq.

ARB TV-nin efirində yayımlanan “Günə doğru” verilişində məsələ ilə bağlı ətraflı süjet yayımlanıb.

Verilişdə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanın fikirlərinə yer verilib. O qeyd edib:

“Bütün iş yerlərində səhər saat 9-dan axşam saat 6-ya kimi, 9 saat deyil, gün ərzində heç olmasa, 5-6 saat işləsinlər. Çünki bu, işçilərin işə növbə ilə gəlməsinə imkan yarada, bir otaqda olan və gündəlik olaraq, bir-biri ilə təmasda olmağa məcbur olan işçilərin sayını azalda bilər”.

O bildirib ki, gün ərzində çox işləmək insanın immunitetini aşağı salır:

“Gərgin iş saatında işləyənlər üçün isə stress immuniteti aşağı salan ən birinci amil sayıla bilər. İmmunitetin aşağı düşməsi isə insanları virusa daha tez yoluxdurur”.

İş saatının azaldılması həm də şəhərdə yaranan insan və avtomobil sıxlığını aradan qaldıra bilər.

BNA-nın mətbuat katibi Mais Ağayev məsələ ilə bağlı qeyd edib:

“Pilləli iş rejimi tətbiq olunarsa, axşam və səhər pik saatlarda müşahidə olunan sıxlıq təxminən 15-20 faizədək azalmış olacaq. Bunun özü də çox mühüm bir göstəricidir”.

Xatırladaq ki, Operativ Qərargah dövlət qurumlarında çalışan işçilərin sayını 30 faiz azaldıb. Özəl sektorda da eyni qaydanın tətbiqi tövsiyyə edilib.

Baş infeksionist Təyyar Eyvazov bildirib:

“Bundan başqa mümkün qədər distant işləmək tövsiyə olunub. Bu tədbirlərin hamısı eyni nəticənin əldə olunması üçündür. Yəni, istənilən halda görülən tədbirlər bu təmasları, sıxlığı azaldır ki, bu da yoluxmanın azaldılmasına gətirib çıxaracaq”.

Qeyd edək ki, xüsusi hallarda iş rejiminə dəyişiklik edilməsi, iş saatlarının azaldılması praktikası dünyada da mövcuddur.

скачать dle 11.3
Mojo.az Banner