Mojo.az Banner
16:00 Uşağı döymək olmaz, bəs valideyn nə etsin?  |     15:29 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı - 24 yaşlı qadın tamah məqsədilə öldürülüb  |     15:19 Gürcüstan İranla hava əlaqəsini dayandırdı  |     15:06 Deputat xəstəxanalardakı vətəndaşları narazı salan növbələrdən danışdı: "Ciddi fikir veriləcək"  |     14:25 Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq  |     14:22 Ramik Hacıyev millimizdən imtina etdi: Görün hansı ölkəni təmsil edəcək  |     14:17 SOMDA əməkdaşlarının tibbi təminatı DİN-ə həvalə olundu  |     14:11 İlginc qərar: Məhkəmə anası ilə sərt davranan övladı mirasdan məhrum etdi  |     13:10 Azərbaycanlı deputatlara Rusiyadan dəvət gəldi  |     12:51 “Hicablıdırsa, özünü göstərə bilməz?” – İlahiyyatçıdan müzakirələrə cavab  |     12:19 Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı  |     12:13 Cəlilabadda qadın su quyusuna düşərək ölüb  |     12:04 Karantin rejimi ilə bağlı YENİ QƏRAR  |     12:03 Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb - FOTO  |     12:01 Hacıqabulda oğurluq edən şəxs saxlanıldı  |     12:01 Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü  |     12:00 Toylarında gözlənilməz qayda – Bu ənənə qadağan edilir?  |     11:58 “Həzi Aslanov”dakı təmir yekunlaşır - Bu tarixdə  |     11:50 Məktəblinin sosial şəbəkə videosu gündəm oldu: Valideynlərə xəbərdarlıq (Video)  |     11:43 Bakıda altı dost gecə dəhşət yaşadı - FOTO  |    
Mojo.az Avto
Mojo.az Avto

“Səsimizi çıxartsaq deyirlər ki, sabahdan gəlmə” - Müdir işçini neçə saat işlədə bilər? - VİDEO - FOTO

25.02.2019 20:20 2 193
“Səsimizi çıxartsaq deyirlər ki, sabahdan gəlmə” - Müdir işçini neçə saat işlədə bilər? - VİDEO - FOTO
Bəzi idarə və təşkilatlarda işçilərin gün ərzində 8 saatdan artıq işləməsi halları mövcuddur. Xüsusəndə işçilərin iş saatından artıq işlədilməsi özəl sektorda daha geniş yayılıb. Onların artıq iş saatlarına görə əmək haqlarının hesablanması da çox vaxt adi qayda da aparılır. Bu da işə götürənlə işçi arasında əmək mübahisələrinin yaranmasına gətirib çıxarır.

Median.Az
bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Sakin: "Biri var işi sevib ürəkdən görəsən, biri də var təzyiqlə".

Sakin:
"Günə 5 manat verirlər səhər saat 8-də gedib axşam 8-də gəlirik. Biri danışsa deyirlər ki, sabahdan işə gəlmə".

İşçinin iş və istirahət vaxtının dəqiq müəyyən edilməsi birinci növbədə işçinin sağlamlığının mühafizəsinə yönəlmiş addımdır. Bir qayda olaraq iki istirahət günü olan beş günlük iş həftəsi müəyyən edilir. Lakin, istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işə götürən həftəlik tam iş vaxtının müddəti çərçivəsində altı günlük iş həftəsi müəyyən edə bilər. Əlavə olaraq qısaldılmış iş saatları da nəzərdə tutulur.

Azər İsmayılov - Dövlət Əmək Müfəttişliyi Xidmətinin sector müdiri: "16 yaşına qədər olan şəxslər üçün həftəlik 24 saat müəyyən olunur. Gündəlik isə 4 saatdan çox olmamalıdır. 16-18 yaşa qədər olanlar üçün 36 saat, gündəlik isə 6 saatdan çox olmamalıdır, birinci və ikinci qrup əlilər üçün isə qısaldılmış iş rejimi tətbiq olunur".

Əmək qanunvericiliyi işçinin iş vaxtından əlavə işləmə saatını da tənzimləyir. Yəni müəssisə sahibi işçini iş vaxtından əlavə istədiyi vaxt və istədiyi qədər işlədə bilməz.

Maarif Mahmudov - Hüquqşünas: "Müəyyən istisnalar nəzərdə tutulur. Təbii fəlakətlərin qarşısının alınması, hərbi vəziyyət rejimi və yaxud tez xarab olan malların daşınması və yüklənməsi kimi hallarda işçinin cəlb olunduğu iş sahəsinə görə, qanunvericilik sitemində qeyd olunan qaydada və məbləğdə haqq ödənilir".

Bu məsələdə işçilərin də üzərinə böyük iş düşür. Yəni işə götürən tərəfindən hər hansı bir haqsızlığa, yaxud qanun pozuntusuna rast gələrsə, müvafiq qurumlara şikayət etməklə tapdanmış hüququnu bərpa edə bilər.

Azər İsmayılov- Dövlət Əmək Müfəttişliyi Xidmətinin sector müdiri: "İşçinin əmək və istirahət rejimin pozulmasına görə, İzibati Xətalar məcəlləsinin müvafiq maddəsilə cərimə sanksiyası var. İstər özəl sektor, istərsə də dövlət müəssələrində əmək qanunveriliciyi hamısına eyni şamil olunur".

Hər bir halda ilk əvvəl işə götürənlə işçi arasında əmək müqaviləsi imzalanmalı, daha sonra sadalanan müddəalar bu müqavilədə öz əksini tapmalıdır. Dövlət və ya özəl sektor olmasından asılı olmayaraq, bütün işə götürənlər iş rejimi normalarına əməl etməlidilər. Çünki qanunvericlik hamı üçün eynidir.скачать dle 11.3
Mojo.az Banner