Mojo.az Banner
22:54 Epşteyn ölümündən əvvəl məktub yazıbmış  |     22:49 Sabah Bakıda 20 dərəcə isti olacaq  |     22:42 İrandan Azərbaycana 55 kq narkotik keçirmək istədilər  |     22:37 Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü  |     22:30 Azərbaycanda yeni virus yayılıb? - Nazirlikdən AÇIQLAMA  |     22:25 Məktəblərdə 6 şagirdə 1 kompüter düşür  |     22:16 Aktrisa ''Günəşli İnşaat'' şirkətinin onu aldatdığını iddia edir - Video  |     22:11 Göygöldə qanunsuz tikili söküldü  |     22:03 Məhkəmədə borc verdiyinizi necə sübut edə bilərsiniz? - Hakimdən açıqlama  |     21:55 Kəlbəcərdə qonur ayı görüntüləndi  |     21:50 Həyət evlərinin qarşısında gül əkib, maşın saxlayanlar cərimələnə bilər (Video)  |     21:46 Maştağadakı psixiatriya mərkəzindən xəstələr qaçıb? - DİN-dən açıqlama  |     21:40 "Qarabağ" azarkeşlərə görə 8000 manat cərimələndi  |     21:35 Azad olunmuş ərazilərdəki tarixi abidələrlə bağlı RƏSMİ AÇIQLAMA  |     21:26 Yeddi marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir  |     21:18 Rusiyanın Soçi hava limanında məhdudiyyətlər tətbiq edilib  |     21:16 Ağdamda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 4 nəfər yaralanıb  |     20:21 Ağdamda ağır qəza: Ölənlər və xəsarət alanlar var  |     20:12 Bəzi mallar 5 illik müddətə idxal gömrük rüsumundan azad edildi  |     20:05 Qurban ibadətində ən çox edilən səhvlər  |    
Left Banner
Right Banner

İş vaxtından artıq işə görə əməkhaqqı necə hesablanır?

23.08.2025 22:52 462
İş vaxtından artıq işə görə əməkhaqqı necə hesablanır?
İş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.

Median.Az
xəbər verir ki, İnsan resursları üzrə aparıcı mütəxəssis Kəmalə Yusifova “vergiler.az”a açıqlamasında artıq iş saatlarında işçilərin hüquqları və ödənişləri ilə bağlı məqamlara aydınlıq gətirir.

Əmək Məcəlləsinin 101-ci maddəsinə əsasən, iş vaxtından artıq işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir:

a) dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə;

b) su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün;

c) başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda;

ç) işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda;

d) əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda.

İşəgötürən işdə olmayan işçinin başqa işçi ilə əvəz olunmasını, habelə bu maddədə nəzərdə tutulan müstəsna hallarda iş vaxtından artıq işlərə işçilərin cəlb edilməsini doğuran səbəblərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməyə borcludur.

Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən, xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin və yuxarıda qeyd edilən hallarda iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir. Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.

Bəs iş vaxtından artıq görülən işlərə görə əlavə istirahət günü ilə əvəz edilə bilərmi?

Əmək Məcəlləsinin 165-ci maddəsinə görə, iş vaxtından artıq görülən işlərə görə əlavə istirahət günü ilə əvəz edilməsinə yolverilmir. İş vaxtında əlavə görülən işlərə görə hər saatı üçün əməkhaqqı hesablaması aşağıda qeyd edilən formada yerinə yetirilir:

- Əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;

- Əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əməkhaqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.

Misal: İşçi ay ərzində ümumilikdə 8 saat əlavə iş saatında işləyib. İşçinin tarif (vəzifə) maaşı 1.000 manatdır. Avqust ayında işçi tam işləyib və istehsalat təqviminə görə avqust ayı üçün norma 168 saat təşkil edir. Bu halda, hesablama aşağıdakı kimi olacaq:

Əvvəlcə 1 saata düşən əməkhaqqını tapaq:

1.000 : 168 = 5.95 manat.

(5.95 x 8) x 2 = 95.2 manat;

1.000 + 95.2 = 1095.2 manat.

Beləliklə, işçinin avqust ayı boyunca GROSS (dəqiq məbləğ) əməkhaqqı 1.095.2 manat olacaq.скачать dle 11.3
Mojo.az Banner