Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

70 nəfəri ölümdən xilas etdi, özü şəhid oldu - VİDEO

05.12.2020 16:29 4 065
70 nəfəri ölümdən xilas etdi, özü şəhid oldu - VİDEO
Xəzər TV Vətən Müharibəsində olan daha bir qəhrəmanımız barədə süjet hazırlayıb.

Qəhrəmanımızın böyük nisgili və arzusu vardı - bir yaşı olarkən atasının qucağında tərk etdiyi Ağdama qalib zabit kimi dönmək! Bəlkə də, bütün fikrini xəyalına qovuşmaq üçün hazırlayırdı.

Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunu olan Sənan Kərimov öyrəndiyi döyüş taktikalarını daha da təkmilləşdirmək üçün durmadan çalışıb.

Ordumuz irəlilədikcə bizim qətiyyətli igidimizin qəlbi elə həyəcanla çırpınırdı ki... Çox az qalmışdı axı... Dədə-baba yurdu Ağdam qəhrəmanını gözləyirdi. Bölük komandiri olan Sənan xüsusilə Füzuli istiqamətində düşmənin keçilməz hesab etdiyi müdafiə xəttinin yarılması zamanı böyük şücaət göstərib.

Döyüşçü yoldaşlarının sözlərinə görə, onun rəhbərlik etdiyi bölmənin qarşısında düşmənin duruş gətirməsi, demək olar ki, qeyri-mümkün idi.

Baş leytenant Sənan Kərimov ölüm, təhlükə, ya qorxu sözlərini tanımırdı belə! Buna görə həyatını dəfələrlə riskə ataraq, ən kritik ərazilərə göz qırpmadan girib və yaralı yoldaşlarını xilas edib. Son döyüşlərdə inanılmaz həmlə ilə 70 nəfərlik heyəti mühasirədən çıxarmağa müvəffəq olub.

Sənan Cəbrayıl rayonu istiqamətində aparılan döyüşlər zamanı yaxınlıqdakı tankdan atılan mərminin düşməsi nəticəsində şəhid olub. Tam arzusunun astanasında şəhadət zirvəsinə yüksəlib. Onun bir yaşından qəlbində böyütdüyü arzusunu isə döyüşçü yoldaşları həyata keçirib.

Atası Rəhman Kərimovun sözlərinə görə, oğluna kapitan rütbəsi verilsə də, bunu ona təqdim etmək mümkün olmayıb.

Aprel döyüşlərində də iştirak etmiş şəhidimiz üç aylıq nişanlı imiş və müharibə bitdikdən sonra toyu olacaqmış.

Sənanın Naxçıvanski liseyindəki müəllimi Vüsal Muradovun sözlərinə görə, indi onun bütün şəhid şagirdlərinin ruhu şaddır. Çünki qisasları alınıb.

Qeyd edək ki, şəhid Sənan Kərimov 2-ci Fəxri xiyabanda dəfn edilib.

Videomaterialı təqdim edirik:скачать dle 11.3
Mojo.az Banner