Mojo.az Banner
13:15 “Roşka”ya da hökm oxundu - 16 ay həbsdə qalacaq  |     13:14 Bakıda 51 yaşlı qadın bıçaqlandı: Oğlu tutuldu (Yenilənib)  |     13:11 Azərbaycan neftinin qiyməti 131 dolları keçdi  |     13:06 Panamada daha bir güclü zəlzələ: Prezident xalqa müraciət etdi  |     13:03 Qusarda qonşusunu telefonla çəkən qadın döyüldü  |     12:44 Rusiyaya qaçmaq istəyən azərbaycanlı həbs edildi  |     12:34 Bakı Metropoliteninə yüzmilyonlarla dollar kredit ayrıldı  |     12:08 Məktəbdə şüşələri sındıran və müəllimlərə hücum edənləri hansı cəza gözləyir?  |     11:55 Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb - Siyahı  |     11:47 “Bu vəziyyətdən radikal qüvvələr də istifadə edə bilər”  |     11:45 Sakinlərin yumağa verdiyi minlərlə xalça yoxa çıxdı - Video  |     11:42 Bakıda dana əti niyə bahalaşıb? - Video  |     11:36 Məktəblərdə dini təbliğat aparan müəllim və şagirdlərə qarşı tədbir görülməlidir – AÇIQLAMA  |     11:18 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"  |     23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Füzulidə avtomobil minaya düşdü: Beş mülki şəxs həlak oldu - RƏSMİ

28.11.2020 17:19 1 377
Füzulidə avtomobil minaya düşdü: Beş mülki şəxs həlak oldu - RƏSMİ
Ermənistanın silahlı qüvvələri Azərbaycan ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni üsul və metodlardan istifadə edərək dinc sakinlərimizə qarşı cinayət əməlləri törədib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, 28 noyabr saat 15:20-də Azərbaycan Respublikasının vətəndaşları Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu, Hacıyeva Elminaz Məhərrəm qızı və Adilzadə Zibeydə Şakir qızı Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində 90-BL-558 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə tank əleyhinə minaya düşmələri nəticəsində həlak olublar.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.скачать dle 11.3
Mojo.az Banner