Mojo.az Banner
20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |     19:52 Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından paylaşım edib - Foto  |     19:41 Qızının makiyajına görə direktorla mübahisə edən ata həbs olundu  |     19:30 COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb  |     19:14 8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək  |     18:57 Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi - Səbəb  |     18:44 Rusiya TRIPP layihəsində iştirak etməyə hazırdır  |     18:38 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza  |     18:32 Qusarda vəhşi heyvanlar üç nəfərə xəsarət yetirib  |     18:28 Saleh Səmədova hökm oxundu  |     18:26 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper karyerası barədə qərar verdi  |     17:20 Lavrov Azərbaycana təşəkkür etdi  |     17:19 Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |     16:42 Nazirliyin bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoyub - Məhkəmə  |     16:39 Bakıda maşını xarab olan sürücü həbs olundu  |     16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |     16:26 Laos prezidenti Azərbaycanın regional rolundan danışdı  |     16:20 Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...  |     16:17 Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər  |    
Mojo.az Avto
Mojo.az Avto

Ağdamda üç nəfər minaya düşdü: Həlak olan var - RƏSMİ

14.12.2020 17:51 972
Ağdamda üç nəfər minaya düşdü: Həlak olan var - RƏSMİ
2020-ci il dekabrın 13-də saat 17 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin bir hərbi qulluqçusu, Ağdam rayon sakinləri 1984-cü il təvəllüdlü Əhmədov Toğrul Vilayət oğlu və 1990-cı il təvəllüdlü Məmmədov Elçin Qanboy oğlu işğaldan azad olunmuş Ağdam rayonunun Şahbulaq kəndinin ərazisində olarkən piyada əleyhinə minaya düşüblər.

Bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri məlumat yayıb.

Nəticədə Elçin Məmmədov həlak olub, hərbi qulluqçu və Toğrul Əhmədov isə ağır dərəcəli bədən xəsarətləri alıb.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Hazırda faktla bağlı prokurorluq və polis əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri və əməliyyat tədbirləri həyata keçirilir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bir daha əhaliyə xəbərdarlıq edərək, işğaldan azad olunmuş ərazilərdə təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edir.скачать dle 11.3
Mojo.az Banner