Mojo.az Banner
18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |     17:58 Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi  |     17:48 Bakıda və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq  |     17:24 Hicaba görə məktəbə getməyən uşağın valideyni 100 manat cərimələnə bilər – AÇIQLAMA  |     15:32 Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilir  |     15:30 Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto  |     15:28 Azərbaycanda pensiya ödənişləri 10 faiz artıb  |     15:24 Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto  |     13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |    
Mojo.az Avto
Mojo.az Avto

Ağdamda 6 nəfərin minaya düşməsi ilə bağlı cinayət işi açılıb

16.03.2021 20:21 1 065
Ağdamda 6 nəfərin minaya düşməsi ilə bağlı cinayət işi açılıb
Martın 16-sı saat 16 radələrində 6 mülki şəxsin Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində olarkən piyada əleyhinə minaya düşməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Ağdam Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, aparılmış araşdırmalarla Hüseynov Akif Muxtar oğlu, Hüseynov Anar Akif oğlu və Abdulov Bəhruz Nadir oğlunun qeyd edilən ərazidə minaya düşmələri nəticəsində çoxsaylı ağır dərəcəli bədən xəsarətləri almaları, Hüseynov Razi Akif oğlu və Hüseynov Bayram Akif oğlunun aldığı xəsarətlərdən həlak olmaları, azyaşlı Hüseynov Hüseyn Razi oğlunun isə hər hansı xəsarət almaması müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.скачать dle 11.3
Mojo.az Banner