Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Zaxarovadan Dağlıq Qarabağ barədə AÇIQLAMA

27.11.2020 14:35 2 298
Zaxarovadan Dağlıq Qarabağ barədə AÇIQLAMA
“Son günlər Qarabağdakı Rusiya sülhməramlıları qaçqınların geri qayıtması, ərazinin minalardan təmizlənməsi və itkin düşmüş əsgərlərin və ölənlərin meyitlərinin axtarışı üçün şərait yaratmağa davam edirlər”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bununla yanaşı, onlarla federal nazirlik, idarə və agentliyin iştirak etdiyi Humanitar Mərkəz yerləşdirilib, Azərbaycan və Ermənistanın müvafiq idarələrinin bu işə qoşulması hazırlanıb, humanitar yüklərin ilk partiyaları göndərilib.

“Rusiyanın Xarici İşlər Nazirliyinin xətti ilə ATƏT, Minsk Qrupunun digər həmsədr ölkələri, habelə BMT-nin ixtisaslaşmış təşkilatları daxilində beynəlxalq dəstəyi səfərbər etdik. Beynəlxalq Qırmızı Xaç Komitəsi artıq fəal işləyir, eyni zamanda, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ofisi, Dünya Qida Proqramı, UNESCO, UNICEF, BMT İnkişaf proqramı, ÜST-lə işləyirik”, - o qeyd edib.

Zaxarova vurğulayıb ki, Rusiya Federasiyasının idarələrarası nümayəndə heyətinin İrəvana və Bakıya səfəri zamanı humanitar yardımın göstərilməsi, Dağlıq Qarabağ bölgəsində normal həyat üçün şəraitin yaradılması məsələləri vurğulanıb:

“Rusiya Federasiyasının Azərbaycan və Ermənistanla, eləcə də, maraqlı xarici tərəfdaşlar və strukturlarla birlikdə həyata keçirdiyi kompleks tədbirlərin Cənubi Qafqazda sülh və təhlükəsizliyə töhfə verəcəyini gözləyirik”.

Son xəbərlər