Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

ABŞ viza girovları ilə bağlı eksperimental proqram başladır

24.11.2020 12:32 1 095
ABŞ viza girovları ilə bağlı eksperimental proqram başladır
ABŞ İran və Suriya da daxil olmaqla bir sıra ölkələrin sakinlərinə ölkəni qoyulan müddətdə tərk etdikdə geri qaytarılacaq müəyyən bir girov ödədikdən sonra qeyri-immiqrant vizalarının verilməsi üçün eksperimental proqrama başlayır.

Bu barədə TASS məlumat yayıb.

“Pilot proqramın məqsədi dövlət qurumlarının iş yükünün qiymətləndirilməsinə və viza girovları ilə əlaqəli istənilən praktik problemlənlərin müəyyənləşdirilməsinə kömək etmək üçün Milli Təhlükəsizlik Departamenti ilə koordinasiyalı şəkildə viza girovlarının tətbiqi, işlənməsi və geri qaytarılmasının praktik həyata keçirilməsinin qiymətləndirilməsidir”, - deyə müvafiq sənəddə bildirilir.

Proqram sakinləri ABŞ-da qalma müddətini “başqalarına nisbətən daha çox pozan” ölkələrdən iş və turist səyahətləri (B-1 / B-2) üçün viza istəyən əcnəbilərə şamil edilə bilər. Sənəddə qeyd edildiyi kimi, söhbət Anqola, Əfqanıstan, Burkina Faso, Burundi, Butan, Qambiya, Qvineya-Bisau, Konqo Demokratik Respublikası, Cibuti, İran, Yəmən, Kape Verde, Laos, Liberiya, Liviya, Mavritaniya, Myanma, Papua Yeni Qvineya, Suriya, Sudan, Çad, Eritreya və s.ölkələrdən gedir.

ABŞ hökumətinin fikrincə, proqram “xarici hökumətləri vətəndaşlarının müvəqqəti səyahətlərinin bitməsindən sonra Amerika Birləşmiş Ştatlarını vaxtında tərk etmələrini təmin etmək üçün lazımi bütün tədbirləri görməyə vadar etmək üçün hazırlanmış diplomatik bir vasitə” olmalıdır. Əcnəbinin yatırdığı vəsait ABŞ-da qalma şərtlərinin pozulması halında dövlətin xeyrinə götürüləcək. Vaxtında ölkəni tərk etsə, pul geri qaytarılacaq.

Depozitin məbləği bu və ya digər ölkədə yerləşən ABŞ konsulluğu tərəfindən müəyyən ediləcək, 5.000, 10.000 və ya 15.000 dollar ola bilər.

Pilot proqram altı ay davam edəcək: 24 dekabr 2020-ci ildə başlayacaq və 24 iyun 2021-də başa çatacaq.

Son xəbərlər